ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr edilən konfrans keçirilir
Oktyabrın 23-də ADA Universitetində İnformasiya
və kommunikasiya texnologiyalarının tətbiqi
(AİCT 2019) mövzusunda 13-cü beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər
verir ki, tədbirdə çıxış
edən ADA Universitetinin
rektoru, səfir Hafiz Paşayev görkəmli alim Lütfi Zadənin elmi irsinə həsr olunan konfransın İKT-nin beynəlxalq tətbiqi sahəsinə töhfə verəcəyini
bildirib.
Diqqətə çatdırılıb
ki, dünyanın 20-dən
çox ölkəsinin
alim və mütəxəssisləri konfransda
bir araya gələrək İKT-nin
elm, təhsil, biznes, sənaye, idarəetmə,
tibb, sosial və humanitar sahələrdə tətbiqi
ilə bağlı ən son yenilikləri bölüşəcək, müzakirə
və təbliğ edəcəklər.
Qeyd edək ki, konfransa
Elektrik və Elektronika Mühəndisləri
İnstitutunun (Institute of Electrical and
Electronics Engineers) Azərbaycan şöbəsi texniki dəstək verir. Təqdim olunan
məruzələr İKT-nin
tətbiqi ilə bağlı elmi-nəzəri
yenilikləri, ən
son texnologiyaları, standartları,
məhsulları və
layihələri əhatə
edir. AİCT 2019 konfransı çərçivəsində
elmi məruzələrlə
yanaşı, ustad dərsləri və nümayəndə heyətləri
arasında işgüzar
görüşlər təşkil
olunacaq.
Azərbaycan.- 2019.- 24 oktyabr.- S.5.