Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 8/29

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Novruz Paşa oğlu Novruzov 3 saylı Babək-Kəngərli-Naxçıvan, Ramal Sahib oğlu Salmanov 4 saylı Naxçıvan şəhər, Ramil Xəlifə oğlu Mirəliyev 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Vüqar Yunis oğlu Şadlinski 93 saylı Bərdə şəhər, Sahib Nüsrət oğlu Əsgərov 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

23.10.2019-cu il

 

Azərbaycan.- 2019.- 24 oktyabr.- S. 6.