Prezident İlham Əliyev akademik
Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli
“Əmək” ordenini təqdim edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 24-də
akademik Akif Əlizadəni qəbul edib və ona
1-ci dərəcəli "Əmək” ordenini təqdim edib.
AZƏRTAC xəbər
verir ki, Akif Əlizadəni salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli Akif müəllim, dünən siz öz ərizənizlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getmisiniz. Mən bu gün sizi dəvət etdim ki, apardığınız işlərə görə sizə təşəkkürümü bildirəm.
Akif Əlizadə: Xoş gördük, cənab Prezident. Sağ olun.
Prezident İlham Əliyev: Siz uzun illərdir ki, Azərbaycan elminin inkişafında çox önəmli rol oynayırsınız, həm sovet dönəmində, həm müstəqillik dövründə. Siz böyük alimsiniz, böyük təşkilatçısınız. Azərbaycanda elmi kadrların hazırlanmasında da çox böyük işlər görmüsünüz. Sizin gördüyünüz işlər Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Siz həm sovet dönəmində, həm də müstəqillik dövründə müxtəlif təltiflərə layiq görülmüsünüz.
Akif Əlizadə: Təşəkkür edirəm.
Prezident İlham Əliyev:Bu gün də Siz Azərbaycan elminin inkişafı üçün öz dəyərli töhfənizi verirsiniz. Biz Azərbaycan elminin inkişafı ilə bağlı sizinlə bir çox söhbətlər etmişik və mənim Azərbaycan elminin inkişafına münasibətimi bilirsiniz. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər çox böyük işlər görülüb - institutların təmiri, müasir avadanlığın alınması. Hesab edirəm ki, bizim elmimizə ən gözəl hədiyyə müasir elmi kitabxanadır. Onun təməlini də mən qoymuşam, açılışında da iştirak etmişəm. Azərbaycan Milli Ensiklopediyasının hazırlanması işi də, bilirsiniz ki, mənim təşəbbüsümlə baş verir və ensiklopediya üçün çox gözəl müasir binanı da biz təqdim etdik.
Siz mənim tərəfimdən böyük dövlət mükafatları ilə, ordenlərlə təltif edilmisiniz və buna layiqsiniz. "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri ilə təltif olunmusunuz. Bu gün isə mən gördüyünüz işlərə görə sizi Azərbaycanın yüksək ordeni olan 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edirəm.
Akif Əlizadə:Cənab Prezident, Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev 1-ci dərəcəli "Əmək” ordenini Akif Əlizadəyə təqdim etdi.
Prezident İlham Əliyev:Təbrik edirəm.
Akif Əlizadə:Sağ olun. Təşəkkür edirəm.
Prezident İlham
Əliyev:Sağ olun.
Akif Əlizadə:Cənab Prezident,
əlbəttə, hər
şeydən əvvəl
mən Sizə böyük etimada görə təşəkkür
edirəm. Bilirsiniz, 60 ildən artıqdır
ki, mən akademiyada çalışıram.
Ulu Öndər ötən əsrin yetmişinci illərində məni yanına dəvət etdi, söhbət etdik. Orada xeyli söhbətimiz
oldu.
Siz Azərbaycan üçün
çox böyük işlər görmüsünüz,
cənab Prezident. Mən çalışdım
var qüvvəmlə,
varlığımla dövlətimizə,
elmimizə, Sizə xidmət edim, edirəm də, edəcəyəm də
son nəfəsimə qədər.
Akademiyada, əlbəttə, Sizin dəstəyinizlə dirçəliş
var. Siz böyük dəstək verdiniz, cənab Prezident. 2005-2006-cı
illərdən sonra böyük, dinamik hərəkət başlandı,
onun zirvəsi də o yeni kitabxana oldu. Ondan MDB-də yoxdur. O binalar Akademiyaya böyük hədiyyə
idi.
Prezident İlham
Əliyev:O vaxt Akademiyanın bəzi binaları başqa qurumlar tərəfindən
zəbt edilmişdi. Mən onlardan alıb sizə qaytardım.
Akif Əlizadə:Bəli, qaytardınız.
Onlar Akademiyanın bəzi institutlarını da zəbt edirdilər, özəlləşdirirdilər.
Prezident İlham
Əliyev: Zəbt edirdilər,
özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin
mərkəzində idi.
Orada binalar tikmək istəyirdilər.
Akif Əlizadə: Bəli,
tamamilə düzdür.
Mən Sizə müraciət etdim, Siz onların
hamısını dərhal
Akademiyaya qaytardınız.
Sizə
o böyük texnopark
məsələsinə görə
də təşəkkür
edirəm. O, Akademiyanın
gələcəyidir. İndi bizim
orada hərbi təyinatlı işlərimiz
var. Müdafiə Nazirliyi
ilə bizim müqaviləmiz var. Sonra Sərhəd Qoşunları,
Kənd Təsərrüfatı
Nazirliyi ilə bizim çox gözəl işlərimiz
var.
Prezident İlham
Əliyev: Əlbəttə, bizim elmimiz gərək ümumi inkişafımıza
təkan versin. Fundamental elmin inkişafı,
əlbəttə, prioritetdir.
Humanitar elmlərin inkişafı çox böyük əhəmiyyət kəsb
edir, xüsusilə tarix elmləri. Çünki bizim bədnam
qonşularımız tarixi
saxtalaşdırmaqla məşğuldurlar.
Akif Əlizadə:
Elədir.
Prezident İlham
Əliyev: Əlbəttə, tətbiqi
elmlərin inkişafına
da böyük təkan verilməlidir. Kənd təsərrüfatında yeni
texnologiyalar məhsuldarlığı
bir neçə dəfə artırır.
Biz gərək onları təhlil edək. Eyni zamanda, baxmalıyıq ki, bu texnologiyaların
zərərli tərəfləri
ola bilər.
Yəni,
biz özümüzü qorumalıyıq.
Ona görə Qida Təhlükəsizliyi Agentliyi
yaradılıb ki, Azərbaycan vətəndaşlarına
təqdim edilən ərzaq məhsulları bütün yüksək keyfiyyətlərə malik
olsun. Eyni zamanda, Sizin
də uzun illər məşğul olduğunuz geologiya elmində nə qədər böyük irəliləyiş var. Baxın,
biz indi hansı dərinlikdə quyular qazırıq? Biz nefti və qazı
hansı dərinlikdən
çıxarırıq? Siz yaxşı bilirsiniz ki, sovet vaxtında
suyun təqribən
150 metr dərinliyindən
aşağı gedə
bilmirdik.
Akif Əlizadə: Bəli,
200 metrdən.
Prezident İlham
Əliyev:u, əslində
bizə imkan verdi ki, bu
yataqları müstəqillik
dövrü üçün
saxlayaq. Əgər o vaxt o texnologiya
olsaydı, "Azəri-Çıraq”dan,
"Günəşli”dən bütün neft çıxarılacaqdı, "Şahdəniz”dən qaz çıxarılacaqdı. İndi orada dərinlik 400 metrdir. İndi başqa yeni
kəşfiyyat layihələrində
700 metrə çatır.
Biz Heydər Əliyev
qazma qurğusunu tikdik, o, suyun dərinliyi min metr olan sahələrdə quyular qaza bilir.
Ondan sonra layların dərinliyi 7 min metrə qədər gedir. Sovet vaxtında bu, yox idi. Mən həmişə deyirəm
ki, o vaxt bu cür texnologiyanın
olmaması bizi xilas etdi. Olsaydı, bütün ehtiyatları çıxaracaqdılar. Necə ki,
quruda neftimizin hamısını çıxarıb
apardılar. Azərbaycandan bir milyard tondan
çox neft çıxarıldı. Sovet İttifaqı
dağılanda biz nə
gördük, dağılmış
infrastruktur, neftlə çirklənmiş gölməçələr,
Bibiheybət, Balaxanı,
ekoloji fəlakət qoyub getdilər. İndi biz bunları təmizləyirik,
nə qədər əziyyət çəkilir,
nə qədər vəsait ayırırıq.
Akif Əlizadə:Çox böyük.
Prezident İlham
Əliyev: Xoşbəxtlikdən
o vaxt bu texnologiyalar yox idi. Bu gün
var. Onu da deməliyəm ki, bu gün bizim
geoloqlarımız qədər
Azərbaycanın təbii
sərvətlərini, yerin
təkində mövcud
olan ehtiyatları, dəniz altındakı yataqları bilən yoxdur.
Akif Əlizadə:Bəli, yoxdur.
Prezident İlham Əliyev: Mən sizə öz təcrübəmdən deyim, bilirsiniz ki, imzalanmış kontraktların bir hissəsinə xitam verildi. Çünki orada ehtiyatlar tapılmadı. Elə yataqlar var idi ki, xarici şirkət oraya gəlib quyu qazıb, boşa çıxdığına görə tərk edib gedirdi. Bizim geoloqlarımız deyirdilər ki, səhv yerdə qazırsınız, burada qazın. Ondan sonra digər şirkət gəlib bizim geoloqlarımızın dediyi yerdə quyu qazıb və yataq aşkar edib. "Abşeron” yatağı bunun əyani sübutudur. Biz "Abşeron” yatağı üzrə kontraktı imzalayanda tam əmin idik ki, orada böyük qaz yataqları var. Xarici bir şirkət gəldi, səhv yerdə qazdı, çıxdı getdi. Sonra başqa bir şirkət bu layihəni götürdü və iki ildən sonra biz "Abşeron”dan qaz, kondensat çıxaracağıq.
Akif Əlizadə: İnşallah.
Prezident İlham Əliyev: Ona görə elmin inkişafı istiqamətində görülmüş işlər nəticə verir. Kənd təsərrüfatının inkişafının, ekoloji tarazlığın qorunmasının çox böyük əhəmiyyəti var. Eyni zamanda, hesab edirəm ki, alimlərin məişət şəraitini yaxşılaşdırmaq üçün biz sizinlə böyük işlər görmüşük.
Akif Əlizadə: Biz orada işlərə başladıq. Masazırda artıq bir blok qalxıbdır, cənab Prezident.
Prezident İlham Əliyev: Bəli, alimlər səbirsizliklə bunu gözləyirlər.
Akif Əlizadə: Bəli, gözləyirlər. Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bunları bundan sonra da edəcəyik. Alimlərin maaşlarının artırılması üçün müvafiq göstərişlər verilibdir. Biz imkan daxilində bütün bu işləri görəcəyik.
Akif Əlizadə: Bütün alimlər
adından Sizə təşəkkür edirəm.
Hamısı razılıq bildirir,
hamısı çalışır. Siz
yaxşı bilirsiniz ki,
indi əsas istiqamət, əlbəttə,
innovativ elmdir, onun tətbiqidir. Tapşırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da
inkişaf edəcəyik. Bütün
bunlara görə Sizə böyük
təşəkkürümüz var.
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.1-2.