Vyetnam Azərbaycanla dostluq və iqtisadi münasibətlərin möhkəmlənməsinə
böyük əhəmiyyət verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Mən Sizi Azərbaycanda salamlamağa şadam. Ölkəmizə xoş gəlmisiniz.
Mən çox
məmnunam ki, dost Vyetnam ölkəsi Qoşulmama Hərəkatı
Zirvə Görüşünün
işində yüksək
səviyyədə iştirak
edir. Bu, sizin
ölkənizin belə
mühüm beynəlxalq
təşkilatda iştiraka
böyük diqqət
yetirdiyini sübut edir. Bildiyiniz kimi, Azərbaycanın
Qoşulmama Hərəkatına
sədrliyi üzərinə
götürməsi ilə
bağlı qərar bütün üzvlər tərəfindən yekdilliklə
qəbul olunub. Bu, üzv ölkələr
tərəfindən Azərbaycana
böyük hörmətin,
etimadın təzahürüdür.
Biz də sədr kimi qarşıdakı üç il
ərzində Qoşulmama
Hərəkatının bütün
beynəlxalq məsələlərdə
fəal iştirakının
davamı üçün
əlimizdən gələni
edəcəyik. Həmçinin biz üzv ölkələrlə,
o cümlədən sizin
ölkənizlə ikitərəfli
əlaqələri daha
çox fəallaşdırmağı
planlaşdırırıq. Mən şadam ki, münasibətlərimiz çox
dinamik, uğurla inkişaf edir və qarşılıqlı
hörmətə əsaslanır.
Mən sizin ölkənizə rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Mən ölkənizin
sürətli inkişafından,
mühüm sosial məsələlərin həlli
və iqtisadiyyatın
çox dinamik artımından təsirləndim.
Həmçinin mənim
Azərbaycanın ali təhsil müəssisələrinin Vyetnamda
mühüm dövlət
və ictimai vəzifələri tutan məzunları ilə ayrıca görüşüm
oldu. Bu görüşdə
mən vaxtilə Bakıda təhsil alan dostlarımızı
Azərbaycana səfərə
dəvət etdim. Onlar mənim dəvətimi qəbul edərək burada çox yaxşı günlər keçirdilər. Bundan
bir il
sonra - 2015-ci ildə Vyetnam Prezidenti Azərbaycana rəsmi səfərə gəldi.
Yəni,
bu, münasibətlərin
dinamikasının müəyyənləşdiyindən
xəbər verir və sizin bugünkü
səfəriniz də
əlaqələrimizin dostluq
xarakterini bir daha təsdiq edir. Əminəm ki, gələcəkdə
də bizim dostluq əlaqələrimiz
uğurla inkişaf edərək siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə
edəcək. Bir daha xoş gəlmisiniz.
***
Vyetnamın vitse-prezidenti
xanım Danq Thi Nqok
THİNH dedi:
-Hörmətli cənab Prezident.
İlk növbədə, Sizinlə
görüşməyimə çox şadam. Çox
sağ olun
ki, bizim nümayəndə heyətini
qəbul etməyə
vaxt tapmısınız.
Azərbaycanda keçirilən Zirvə Görüşü
zamanı bizim nümayəndə heyətinin
səmimi qəbuluna görə təşəkkürümüzü
bildirmək istərdim.
Bu, sizin gözəl və çox müasir ölkənizə - Azərbaycana
mənim ilk səfərimdir. Bu Zirvə Görüşünün
Azərbaycan tərəfindən
təşkilini çox
yüksək qiymətləndirirəm
və ölkənizin
inkişafında qazanılmış
böyük uğurlar
münasibətilə Sizi
təbrik etmək istərdim.
Sizin dediyiniz kimi, Vyetnam da Azərbaycanla
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafına və
möhkəmlənməsinə böyük əhəmiyyət
verir. Fürsətdən istifadə edib,
bizim Baş katibimiz, Vyetnam Prezidenti Nquyen Fu Çonqun Sizə səmimi salamlarını
və Vyetnama rəsmi səfərə dəvətini çatdırmaq
istərdim. Vyetnam hökuməti
və xalqı ölkənin müdafiəsi
və quruculuğu işində Azərbaycan xalqı tərəfindən
Vyetnam xalqına göstərilmiş böyük
köməyi heç
vaxt unutmur. Xüsusilə kadrlar hazırlanması
işində, o cümlədən
Siz dediyiniz kimi, neft mütəxəssislərinin
hazırlanması sahəsində
Azərbaycan Vyetnama böyük kömək göstərib.
Bu il
ikitərəfli münasibətlərdə
çox mühüm mərhələdir. Biz 1959-cu ilin iyulunda Prezidentimiz
Xo Şi Minin Azərbaycana səfərinin
60 illiyini qeyd edirik. Mənim fikrimcə, bu
səfər həmin andan bizim ölkələrimiz
arasında münasibətlərin
inkişafının təməlini
qoyub. Müasir neft sənayesinin
inkişafında Bakı
Vyetnam üçün
xüsusi nümunədir.
Mən Sizin fikrinizlə tamamilə razıyam ki, gələcəkdə
bütün sahələrdə
münasibətlərimizin inkişafı
üçün səy
göstərməliyik. Mən, həmçinin təklif edirəm ki, tərəflər ən yüksək səviyyədə
əldə edilmiş
bütün razılaşmaların
həyata keçirilməsini
sürətləndirsinlər, idarələr, nazirliklər
arasında, partiya və parlament xətti ilə əməkdaşlığı fəallaşdırsınlar. Biz elmi-texniki, iqtisadi-ticari əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiya çərçivəsində
də sıx əməkdaşlıq etməliyik
ki, iqtisadiyyat və ticarət, investisiyalar, elm və texnologiyalar sahəsində
münasibətlərimiz daha
da inkişaf etsin. Yarana biləcək çətinliklərin
vaxtında aradan qaldırılması, habelə
əməkdaşlığın yeni dövrün tələblərinə uyğun
irəliləməsi üçün
tərəflər bu komissiyanın vaxtaşırı
iclaslarının keçirilməsi
imkanlarını qoruyub
saxlamalıdırlar.
Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin
inkişafı üçün
böyük potensial vardır. Buna görə
də biz hesab edirik ki, tərəflər
neft kimyası, neft-qaz sənayesi kimi sahələrdə əlaqələrin, ticarət,
kənd təsərrüfatı,
turizm sahələrində,
humanitar sahədə əməkdaşlığın inkişafına böyük
əhəmiyyət verməlidirlər.
Mən, həmçinin təklif edirəm ki, tərəflər kadr hazırlığı, xüsusən
neft mütəxəssisləri
və mühəndislər
hazırlığı sahəsində
səmərəli praktiki
əməkdaşlığı bərpa etsinlər.
Fürsətdən istifadə edib, 2019-2021-ci illərdə Vyetnamın
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə
namizədliyinin dəstəklənməsinə
görə Azərbaycana
bir daha təşəkkür etmək
istəyirik. Təklif edirəm ki,
tərəflər beynəlxalq
arenada, o cümlədən
BMT və Qoşulmama Hərəkatı çərçivəsində
qarşılıqlı dəstək
ənənəsini davam
etdirsinlər.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.2.