Qananın Prezidenti Nana
Akufo-Addo Azərbaycana səfərə gəlib
Qana Respublikasının Prezidenti Nana Akufo-Addo Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Prezident
Nana Akufo-Addonu Heydər
Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın
Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin
müavini Nadir Hüseynov və digər rəsmi şəxslər
qarşıladılar.
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.4.