Qoşulmama Hərəkatının XVIII Zirvə
Görüşündə Banqladeşin Baş Naziri də iştirak edəcək
Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, xanım Şeyx Hasinanı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin
müavini Nadir Hüseynov və digər rəsmi şəxslər
qarşıladılar.
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.4.