Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob Azərbaycana
səfərə gəlib
Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Prezident Haqe Qotfrid Qeynqobu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.4.