Qoşulmama Hərəkatının XVIII Zirvə
Görüşü çərçivəsində
nazirlərin hazırlıq toplantısı başa
çatıb
Qoşulmama Hərəkatına üzv
ölkələrin dövlət
və hökumət başçılarının Bakıda
keçirilən XVIII Zirvə
Görüşü çərçivəsində
nazirlərin hazırlıq
toplantısı başa
çatıb.
AZƏRTAC xəbər verir ki, görüşə yekun vuran Azərbaycanın
Xarici İşlər
naziri Elmar Məmmədyarov iki gün ərzində səmərəli iş görüldüyünü, çox
məhsuldar müzakirələr
aparıldığını vurğulayıb. İnteraktiv müzakirələr zamanı maraqlı çıxışları dinlədik
və bu müzakirələr bir daha əyani şəkildə göstərdi
ki, Qoşulmama Hərəkatı beynəlxalq
sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində
mühüm rol oynayır. Sizinlə razılaşdırdığımız
hərtərəfli sənədlərdə
bu baxımdan bir neçə vacib məqam yer alır.
“Bu gün
çoxtərəflilik heç
vaxt olmadığı
qədər vacibdir və bu dəyərli
çərçivəni qorumaq
bizim məsuliyyətimizdir. Qoşulmama
Hərəkatı Birləşmiş Millətlər Təşkilatından
sonra ikinci ən böyük beynəlxalq siyasi
təşkilat olaraq, çoxtərəfli
əməkdaşlığın əsas hərəkətverici
qüvvələrindən biridir. Bu hörmətli
Hərəkatın sədrliyini üzərimizə
götürməkdən və onun
qarşıdan gələn uğurlarına töhfəmizi
verməkdən qürur duyuruq.
İnanırıq ki, bu
Zirvə və sədrliyimiz boyunca sizin dəstəyinizlə Hərəkatın
beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirə biləcəyik. Bundan əlavə, inanırıq ki, sədrliyimiz Qoşulmama
Hərəkatının üzvü olmayanlarla əməkdaşlıq çərçivəsi
qurmağa kömək edəcək”,- deyə
nazir vurğulayıb.
Azərbaycan.-
2019.- 25 oktyabr.- S.5.