Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində
iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.
Mərkəzi Seçki Komissiyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Yeni Azərbaycan
Partiyası ölkəmizdə keçirilən bütün bələdiyyə seçkilərində
fəal iştirak edərək əhəmiyyətli
uğurlara imza
atıb. Partiyanın İdarə Heyətinin bu
qərarı əldə olunmuş
uğurları daha da
genişləndirmək, vətəndaşların bələdiyyə
seçkilərində fəal iştirakını təmin
etmək məqsədilə qəbul olunub.
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.6.