Mərkəzi Seçki
Komissiyası bələdiyyə üzvlüyünə namizədlərin
qeydiyyatı prosedurlarına həsr olunan seminarlara başlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.
Bələdiyyə seçkiləri ilə bağlı MSK-nın maarifləndirmə proqramı çərçivəsində oktyabrın 24-dən növbəti layihəyə start verilib. Bakı şəhərində Hyatt Regency hotelində keçirilən tədbir bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunub.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayan seminarda MSK üzvləri və Katibliyin əməkaşları tərəfindən bələdiyyə seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin tanışlıq məqsədilə hər bir iştirakçıya MSK-nın bələdiyyə üzvlüyünə namizədlər üçün hazırladığı yaddaş kitabçası təqdim edilib.
Qeyd etmək lazımdır ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən bu tədbir dairə seçki komissiyalarının məlumatının artırılması və bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydiyyatı ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan seminar iki gün
davam edəcək və ölkə
üzrə 125 seçki dairəsi dairə
seçki komissiyalarını əhatə
edəcək. Tədbirlərdə seçki keçirilən dairələrin hər
birindən iki təmsilçi – sədr və
bələdiyyə üzvlüyünə namizədliyin qeydə
alınması üçün təqdim
edilən imza vərəqələrində
və onlara əlavə edilmiş
sənədlərdə olan məlumatların
düzgünlüyünü
yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdində
yaradılan işçi qrupunun
rəhbərləri olmaqla, ümumilikdə
250-yə yaxın aşağı seçki
komissiyası rəsmisi iştirak edəcək.
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.6.