ADA Universitetində BMT Günü qeyd olunub

 

Oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BMT-nin nəşrləri sərgilənib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande, rəsmi şəxslər, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm adamları ediblər.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışıb. O, rəhbərlik etdiyi universitetin fəaliyyətə başladığı ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Rektor bildirib ki, BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin iştirakı ilə BMT Gününün ADA Universitetində keçirilməsi universitet üçün mühüm hadisədir.

Hafiz Paşayev tədbir iştirakçılarına BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin fəaliyyəti haqqında ətraflı məlumat verib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ötən 74 ildə təşkilatın gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, BMT beynəlxalq sülh təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.

Qulam İshaqzai diqqətə çatdırıb ki, Azərbaycan BMT- üzv olan digər ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyini qəbul edib. Gündəlik 2030-cu ilədək yoxsulluğa son qoymaqla qlobal iqtisadi rifahı, sosial inkişafı ətraf mühitin qorunmasını təşviq edəcək.

BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu vurğulayıb. O, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatının təqdim edildiyini vurğulayıb. Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri ayrı-ayrılıqda götürülə bilməz. Onlar hamısı bir-biri ilə qarşılıqlı əlaqədə paralel olaraq aparılmalıdır.

Gələn il BMT-nin 75 illiyi qeyd olunacaq. Biz çalışmalıyıq ki, BMT- olan etimadı daha da artıraq, qarşıda duram məsələlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirək”, - deyə BMT Baş Assambleyasının Prezidenti qeyd edib.

Sonra BMT-nin əlaqələndirmə üzrə müşaviri Şəms Mustafayevanın moderatorluğu ilə dəyişən həyatlar mövzusunda təqdimatlar olub.

Tədbirdə BMT-nin 2020-ci ildə qeyd olunacaq 75-ci ildönümü üçün geri sayım başlayıb.

 

Azərbaycan.- 2019.- 25 oktyabr.- S.7.