Sudan Respublikasının Prezidenti Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gəlib

 

Sudan Respublikasının Prezidenti Abdul-Fattah Al-Burhan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident Abdul-Fattah Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2019.- 26 oktyabr.- S.4.