Ekvatorial Qvineyanın
Prezidenti Azərbaycana
səfərə gəlib
Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo
Qoşulmama Hərəkatına
üzv ölkələrin
dövlət və hökumət başçılarının
XVIII Zirvə Görüşündə
iştirak etmək üçün oktyabrın
25-də Azərbaycan Respublikasına
səfərə gəlib.
AZƏRTAC xəbər
verir ki, Ekvatorial Qvineyanın dövlət başçısını
hava limanında Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər
qarşıladılar.
Azərbaycan.-
2019.- 26 oktyabr.- S.4.