Tanzaniyanın Baş Naziri Azərbaycana səfərə gəlib

 

Tanzaniyanın Baş Naziri Kassim Majaliva Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Tanzaniyanın Baş Nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2019.- 26 oktyabr.- S.4.