NAM Gənclər Sammiti çərçivəsində ağacəkmə aksiyası keçirilib

 

Oktyabrın 25-də IDEA İctimai Birliyi, Gənclər İdman Nazirliyi Ekologiya Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının (NAM) Gənclər Sammitinin gənc nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində həmin təşkilatın ilk Gənclər Sammitinin gündəliyindəki ən əsas məsələlərdən biri dayanıqlı inkişafın təmin edilməsi, o cümlədən ekoloji problemlərin həlli üzrə qlobal səylərin gücləndirilməsidir.

Dayanıqlı inkişaf naminə birgə qlobal səylərə dəstəyin rəmzi olaraq, NAM Gənclər Sammitində təmsil olunan 40 ölkənin gənc nümayəndələrinin iştirak etdiyi aksiyada paytaxtın 6-cı mikrorayonunda yerləşən köhnə dendroloji park ərazisində 100 ağac əkilib.

Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, havanı oksigenlə zənginləşdirir, sağlam ekoloji mühit yaradır. Hesablamalara görə, dünyada hər il insanlar tərəfindən kənd təsərrüfatı digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir, ümumiyyətlə isə sivilizasiya yaranandan dünyadakı ağacların həcmi 46 faiz azalıb. Ona görə quruyan, ömrünü başa vuran kəsilən ağacların əvəzinə daha çox sayda yerli növ ağacların əkilməsi dayanıqlı inkişafın təmin edilməsi üçün olduqca vacibdir.

IDEA İctimai Birliyi vətəndaşları yeni ağaclar əkməklə ağac kəsintisinin qarşısını almaqla yaşıllıqların qorunmasına töhfə verməyə, üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılan qaynar xəttə (bütün mobil operatorlar şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.

 

Azərbaycan.- 2019.- 26 oktyabr.- S.5.