Nepalın Xarici İşlər naziri: Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir

 

Qoşulmama Hərəkatı soyuq müharibə dövründə dünya ölkələrində yaranmış gərginliyi azaltmaq məqsədilə və dövlətlərin ərazi bütövlüyü, suverenliyinə və müstəqilliyinə hörmət kimi təməl prinsiplər əsasında yaradılmış bir blokdur. Təşkilatın əsas funksiyası inkişaf etməkdə olan dövlətlərin qeyd olunan bu təməl prinsiplərini təmin etmək və onların maraqlarını beynəlxalq aləmdə birgə müdafiə etməkdən ibarətdir. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısında iştirak edən Nepalın Xarici İşlər naziri Pradeep Kumar Qyavali deyib. O, bu tədbirin hərəkata üzv olan ölkələrin dövlət və hökumət başçılarının bir araya gələrək dünyanı narahat edən aktual problemlərin müzakirəsi və onların həlli yollarının tapılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Burada, həmçinin sosial, iqtisadi, turizm, iqlim dəyişikliyi və digər sahələrdə əməkdaşlığın perspektivləri sahəsində də müzakirələr aparılacaq. Bu müzakirələr ümumilikdə hərəkata üzv olan dövlətlərin inkişafına yönəlmiş əməkdaşlığın daha da güclənməsinə təkan verəcək”, - deyə Nepalın Xarici İşlər naziri əlavə edib.

 

Azərbaycan.- 2019.- 26 oktyabr.- S.5.