Qoşulmama Hərəkatının
XVIII Bakı Zirvə Görüşü dünya
mətbuatının diqqət
mərkəzindədir
Bakıda keçirilən Qoşulmama
Hərəkatına üzv
ölkələrin dövlət
və hökumət başçılarının XVIII Zirvə Görüşü
müxtəlif ölkələrin
KİV-ləri tərəfindən
geniş işıqlandırılır.
AZƏRTAC-a istinadən məlumatına
görə, tədbirdə
təmsil olunan ölkələrin nüfuzlu
mətbuat orqanları
nümayəndə heyətlərinin
Zirvə Görüşündə
iştirakı barədə
geniş xəbərlər
dərc edirlər.
Malayziyanın “Bernama” xəbər agentliyi, “The Himalayan Times” qəzeti
ölkənin Baş Naziri Mahathir Bin Mohamadın
Zirvə görüşündə
çıxışına geniş yer veriblər. Qeyd olunub ki, hökumət
başçısı 16 il əvvəl Qoşulmama Hərəkatının
Zirvə Görüşünün
Kuala-Lumpurda keçirildiyini,
Bakıda davam edən tədbirin əhəmiyyətini vurğulayıb.
Baş Nazir “soyuq müharibə”nin başa çatmasından sonra hazırda aparılan ticarət müharibələrinin
qlobal iqtisadiyyata və sosial vəziyyətə mənfi
təsirini də qeyd edib.
Nepalın “DD News” və “The Rising Nepal” saytlarında
da Qoşulmama Hərəkatının XVIII Bakı
Zirvə Görüşü
barədə geniş
hesabatlar yerləşdirilib. Nepalın Baş
Naziri Khadqa Prasad Şarma Olinin tədbirdə iştirakının
əhəmiyyətini vurğulayan
xəbər müəllifləri
qeyd ediblər ki, Azərbaycan paytaxtında dünyanın
60-a yaxın ölkəsinin
dövlət və hökumət başçılarının
qəbul edəcəyi
Bəyannamə planetimizdə
sülhün və sabitliyin bərqərar olması baxımından böyük əhəmiyyət
kəsb edir.
Hindistanın “Indiatimes”, PTI agentlikləri
və “All İndia
Radio” və NDTV telekanalında
yayılan xəbərlərdə
Hindistanın vitse-prezidenti
Muppavarapu Venkaiah Naidunun başçılıq
etdiyi nümayəndə
heyətinin Zirvə Görüşündə iştirakı
geniş şəkildə
işıqlandırılıb. Qeyd olunub
ki, rəsmi Dehli Qoşulmama Hərəkatına böyük
əhəmiyyət verir
və onun fəaliyyətində yaxından
iştirak edir.
Kubanın Prezidenti
Migel Diaz-Kanelin Zirvə Görüşündə
iştirakı və onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü
barədə məlumat
verən Kubanın
“Radio Habana” radiosunun saytında
Bakıda keçirilən
tədbirin əhəmiyyətindən
bəhs olunur və Azərbaycanın Qoşulmama Hərəkatına
sədr seçildiyi vurğulanır.
Qoşulmama Hərəkatının
XVIII Bakı Zirvə Görüşü haqqında
Eritreyanın “Tesfa”, İndoneziyanın “Antara”,
Banqladeşin UNB (United News of Bangladesh), Şri-Lankanın “Lanka Page”, İordaniyanın
“The Jordan Times”, Pakistanın “Times of
Islamabad” və “The Business Standart”
agentlikləri və saytları da geniş xəbərlər
yayıblar. Bundan başqa, tədbirdə
iştirak edən dövlət və hökumət başçılarının,
habelə yüksəkvəzifəli
nümayəndələrin sosial şəbəkələrdəki
səhifələrində də
Zirvə Görüşü
haqqında məlumatlar
yerləşdirilib.
Azərbaycan.- 2019.- 26 oktyabr.- S.5.