Əfqanıstanın Azərbaycanla bağlı prinsipial mövqeyi var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əfqanıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Cənab Prezident, bir daha xoş gəlmisiniz.
Dünən biz Sammit iştirakçılarının
çox mühüm görüşünü keçirdik.
Bu günlərdə bizimlə birlikdə olduğunuz üçün
təşəkkür edirik.
Əfqanıstanın Sammitdə
mümkün olan ən yüksək səviyyədə iştirakı
Sizin bu
quruma verdiyiniz əhəmiyyəti əks
etdirir və biz bunu həm də
Azərbaycana münasibətdə
dostluq və tərəfdaşlığın göstəricisi hesab edirik. Biz dost, qardaş ölkələrik. Biz Sizinlə dəfələrlə
beynəlxalq tədbirlər
zamanı Bakıda görüşmüşük. Sonuncu dəfə bu ilin martında çox yaxşı görüşümüz oldu
və sənəd imzalandı. Ölkələrimiz arasındakı əlaqələrin
inkişafından məmnunam.
Ən mühümü isə odur ki, biz razılaşdırdığımız
bütün məsələləri
həyata keçirməyə
çalışırıq. Düşünürəm ki, ikitərəfli
əlaqələrdə, siyasi
təmasların gücləndirilməsində
çox böyük irəliləyişə nail olmuşuq.
Azərbaycanın ölkənizdə sülhməramlı inkişafı
dəstəkləmək səyləri
Sizə məlumdur.
Bildiyiniz
kimi, biz Əfqanıstandakı
hərbçilərimizin sayını
artırmışıq. Sizin ölkənizdə təhlükəsizlik,
sabitlik və tərəqqi bizim üçün böyük
əhəmiyyət kəsb
edir. Çünki
dost və qardaş olaraq biz sizin bütün islahatlarınızın,
planlarınızın həyata
keçirilməsini görmək
istəyirik. Mən bir dəfə
Sizə söyləmişdim
ki, Siz bu
mühüm vəzifəyə
gələndən bizim
əlaqələrimiz çox
səmərəli tərəfdaşlığa
çevrilib. Bizim mütəmadi
görüşlərimiz və
müzakirələrimiz, qəbul
edilmiş qərarlar,
bu qərarların icrası qarşılıqlı
siyasi iradəni nümayiş etdirir.
Əvvəlki görüşlərimizdən
birində müzakirə
etdiyimiz kimi, biz dəmir yollarımızı
və nəqliyyat qurğularını birləşdirmək
istəyirdik və bunu etdik. Biz artıq Lapis-Lazuli layihəsindən Azərbaycan
vasitəsilə yükləri
qəbul etmişik.
Beləliklə, biz bu məsələlər
üzərində işləməyə
davam edəcəyik.
O vaxtdan biz Mərkəzi
Asiyadakı dostlarımız
və qonşularımızla
da çox fəal şəkildə əməkdaşlıq edirik.
Belə ki, Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə daşınan
yükün həcmi artır. Hazırda Əfqanıstan, Azərbaycan və Avropa arasında fiziki bağlantı var. Hazırda bizim yeni bağlantımız var, düşünürəm
ki, bu, tarixi
nailiyyətdir. Bu gün biz qarşılıqlı
maraq kəsb edən bəzi başqa məsələləri
də müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz və bizimlə birlikdə olduğunuz üçün təşəkkür
edirik.
Əfqanıstan Prezidenti
Məhəmməd
Əşrəf QANİ dedi:
-Sizinlə görüşməkdən məmnunluq
hissi keçirirəm,
Sizi təbrik edirəm. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan tərəfindən
qəbul olunması hesab edirəm ki, Sizi və qardaş Azərbaycan xalqını
Dağlıq Qarabağ münaqişəsinin
həllinə bir addım daha
yaxınlaşdırır. Əfqanıstanın Azərbaycanla
bağlı prinsipial mövqeyini
nəzərə alaraq bizdən nəsə
tələb olunarsa tərəddüd etmədən
bunu bizə bildirin. Biz İnsan
Hüquqları üzrə Komissiyanın tərkibinə daxilik və əlaqələndirmə ilə
bağlı hər hansı bir xüsusi zərurət yaranarsa,
mən bizim səfirimizə sizin səfirinizlə çox
yaxından koordinasiya etmək
tapşırığını verə bilərəm. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlərə
ev sahibliyi etmək
strategiyanızla hər gün daha çox insanları bunun faydalı olduğuna
inandırırsınız. İkitərəfli əlaqələrimizə
gəldikdə, onların səviyyəsi bizi
çox sevindirir. Bu, - mən bunu həmişə
deyirəm, - Sizin Çikaqodakı
çıxışınızdan başladı. O vaxt bu, arzu idi,
lakin indi bu, həyata keçirilib. Lapis-Lazuli dəhlizi bizim üçün çox böyük əhəmiyyətə
malikdir. Biz Bakıdan liman kimi necə istifadə olunması məsələsini daha çox müzakirə etmək istəyirik.
İslahatların aparılması, ya da indi
etibarlı dəmir yolu dəhlizimizin olması bizim üçün çox vacib hadisədir. Eyni ilə biz dəhlizi genişləndirmək istəyirik.
Biz bu dəhlizin
genişləndirilməsi üçün
ciddi bir proqram hazırlamışıq
və Bakının bir daha mərkəzi
qovşaq kimi burada bizə xidmət etməsi bizim üçün böyük maraq kəsb edir. Bakıda əfqan məhsullarının
ilk sərgisi keçirilib
və biz Ticarət Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək
istəyirik ki, bazar təhlili aparılsın və bizim komanda bazar
təhlili üzərində
çalışa bilsin.
Bu potensial sahələrdən
biri tikinti
materiallarıdır.
Azərbaycan.- 2019.- 27 oktyabr.- S.1-2.