Azərbaycan və Malayziya siyasi əlaqələri gücləndirmək
niyyətindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Malayziyanın Baş Nazirini qarşıladı.
Azərbaycan Prezidenti və Malayziyanın Baş Naziri birgə foto çəkdirdilər.
Sonra Prezident İlham Əliyevin və Baş Nazir Mahathir Bin Mohamadın görüşü oldu.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Cənab Baş Nazir, bir daha Azərbaycana
xoş gəlmisiniz. Sizi bir daha görməyimə
çox şadam.
Çox
minnətdaram ki, Sammitdə iştirak edirsiniz. Bu, Malayziyanın
mühüm beynəlxalq
tədbirə böyük
əhəmiyyət verdiyini
nümayiş etdirir və ölkəniz mümkün olan ən yüksək səviyyədə təmsil
olunub. Dünəndən biz Qoşulmama Hərəkatına
sədrliyi qəbul etmişik. Sammitdə çıxışım zamanı dediyim kimi, Azərbaycan ölkənin prioritetləri,
siyasəti, o cümlədən
xarici siyasət prioritetlərinə tam uyğun
olan Bandunq prinsiplərinə sadiq olacaq. Suverenlik, ərazi bütövlüyü,
müstəqillik, bir-birinin
işlərinə qarışmamaq
bizim xarici siyasət gündəliyimizin
əsas xəttidir.
Düşünürəm ki, bu amil sayəsində, həmçinin Azərbaycanın
milli maraqlara əsaslanan müstəqil
xarici siyasət yürütməsi sayəsində
biz Qoşulmama Hərəkatında
yekdil dəstək əldə etmişik.
Biz yekdil qərarla
sədr seçilməyimizi
böyük şərəf
hesab edirik. Bu, onu nümayiş
etdirir ki, ölkəmizin yürütdüyü
siyasət beynəlxalq
ictimaiyyət üzvlərinin
mütləq əksəriyyəti
tərəfindən dəstəklənir.
Bu, onu göstərir
ki, təşkilatda olduğumuz qısa zamanda öz mövqeyimizi nümayiş
etdirə bilmişik.
Sədr olaraq biz bütün üzv dövlətlərin
legitim hüquqlarını
müdafiə edəcəyik.
Biz bəzi üzv
dövlətlər arasında
gərginliyin azaldılmasında
ölkələrə uyğun
gələn şəkildə
rol oynamağa çalışacağıq. Qoşulmama Hərəkatında birliyi,
qarşılıqlı dəstəyi,
siyasi dəstəyi gücləndirməyə ehtiyac
var. Biz mütləq iqtisadi
əməkdaşlıq məsələsi
ilə məşğul
olacağıq. Çünki biz bir-birimizə kömək
etməliyik, ticarət
mübadiləsini genişləndirməliyik,
hazırda başqa yerlərdən aldığımız
məhsulları üzv
dövlətlərdən almalıyıq.
Bildiyiniz
kimi, biz Gənclər
Sammiti təşəbbüsü
ilə çıxış
etmişik. Bir çox
üzv ölkələrdə
əhalinin, o cümlədən
gənclərin sayı
artır, onların məşğulluğu, cəmiyyətə
inteqrasiyası, ənənəvi
dəyərlərə sadiqliyi
ən mühüm məsələlərdir. Biz
Azərbaycanda gənclərimizin
Vətənə sadiq,
vətənpərvər olmasına,
milli ruhda yetişdirilməsinə, hər
cür xarici təsirdən azad olmasına və gələcək nəslin
milli maraqları bizim kimi qorumasını
təmin etməyə
çox böyük əhəmiyyət veririk.
Bizim sədr olaraq qarşıdakı üç il
üçün həqiqətən
də geniş gündəliyimiz var. Biz sizin
şəxsi dəstəyinizə
və məsləhətinizə
güvənirik. Biz sizi dünya miqyasında ən görkəmli siyasətçilərdən
biri kimi tanıyırıq. Sizi "Malayziya
möcüzəsi”nin müəllifi
kimi tanıyırıq.
Mən bilirəm ki, bir çox ölkələr sizin dəyişikliklərlə bağlı
təcrübənizi öyrənib
və siz hər zaman ədaləti müdafiə
etmisiniz. Sizin dünənki
çıxışınızda yenə də mövqe var idi, baxış var idi, qlobal
gündəlikdə olan
mühüm məsələlərə
açıq yanaşma
var idi. Əlbəttə ki, biz ölkələrimiz
arasındakı çox
sıx dostluq əlaqələrini, siyasi
əlaqələri gücləndirmək
istəyirik. Bizim artıq
enerji sektorunda çox yaxşı əməkdaşlığımız var.
"Petronas” şirkəti
Azərbaycana sərmayə
yatırır və
biz əməkdaşlığı genişləndirmək, hər
iki ölkədən turistlərin sayını
artırmaq, daha çox mədəni tədbirlər keçirmək
istəyirik. Bir sözlə,
biz ölkələri yaxınlaşdırmaq
üçün səy
göstərmək istəyirik.
Bir daha Azərbaycana xoş gəlmisiniz.
Malayziyanın Baş Naziri Mahathir Bin MOHAMAD dedi:
-Mənə və nümayəndə heyətimə göstərdiyiniz
qonaqpərvərliyə görə
təşəkkür edirəm.
İlk səfərimdən sonra həmişə bir daha buraya gəlmək
istəmişəm, lakin
Baş Nazir olaraq vəzifəmi tərk etdim. O vaxtdan bəri başqa ölkələrə
səfərlərimi əsasən
azaltdım, lakin hakimiyyətə bir daha qayıtdıqdan sonra adət etdiyimdən daha çox səfərlər
etməliyəm. Qoşulmama Hərəkatının
Sammitinin burada baş tutacağını
öyrənəndə səbirsizliklə
yenidən Azərbaycana
gəlməyi gözləyirdim.
Əlaqələrimiz yaxşıdır. Əlbəttə ki, əlaqələrimiz
çox yaxın deyil, çünki Malayziyada Azərbaycan haqqında çox şeyi bilmirik. Bakı haqqında bilirik, lakin Azərbaycan haqqında o qədər də məlumatlı deyilik. Düşünürəm ki, Azərbaycan
haqqında tarixən maraqlı şeylər var və bu,
bir çox ölkələri buraya cəlb edəcək.
Xüsusilə Həcc ziyarətini
etdikdə biz geri qayıtdıqda buraya gələ bilərik.
Biz, əlbəttə
ki, bütün məsələlərdə neytralıq. Hamı
ilə dost olmaq istəyirik. Heç bir dövlətin
daxili sistemi və ya ideologiyası
bizi maraqlandırmır.
Hamı ilə dost olmaq istəyirik. Çünki Malayziya ticarət
ölkəsidir. Onun
inkişafı ticarətdən
asılıdır və
beləliklə, biz həmişə
bazarlarla dost olmalıyıq.
Hər ölkəni də məhsullarımız üçün
bir bazar olaraq görürük.
Bu gün biz demək olar ki, 190 ölkə
ilə ticarət aparırıq, praktik olaraq hər bir ölkə ilə bizim biznesin aparılması ilə bağlı müəyyən münasibətlərimiz
var. Hətta Azərbaycanda
da qalmaq üçün bir sıra əlaqələrimiz
var. Bəziləri əlbəttə
ki, neft sahəsindədir. Ümid
edirik ki, Sizin rəhbərliyinizlə
Qoşulmama Hərəkatı
başladığı ideologiyanı
canlandıracaq. Çünki o zaman bu, böyük
hərəkat idi.
Soyuq müharibə dövründə
iki rəqib arasında bir üçüncü güc
olmalı idi və bu güc
də əsasən İndoneziyanın Prezidenti
Sukarno tərəfindən yaradıldı.
Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilata
çevrildi. Biz bu hərəkatın fəaliyyətini davam etdirməsini təmin etməliyik, çünki
birlikdə biz bir çox şeyləri edə bilərik. İnanırıq ki, ticarət
və kommersiya ilə biz ölkələrimizi
inkişaf etdirə biləcəyik.
Azərbaycan.- 2019.- 27 oktyabr.- S.1-2.