Əlcəzair Azərbaycanla ikitərəfli münasibətlərin
inkişafında maraqlıdır
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Əlcəzair Prezidentini qarşıladı.
Prezidentlər birgə foto çəkdirdilər.
Sonra Prezident İlham Əliyevin və Prezident Abdelkader Bensalahın görüşü oldu.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Mən çox şadam ki, ölkəniz Sammitdə mümkün ən yüksək səviyyədə təmsil
olunur. Azərbaycanın Qoşulmama Hərəkatının
sədrliyinə namizədliyini
dəstəklədiyinizə görə təşəkkür
edirəm. Bildiyiniz kimi,
biz bütün üzv
dövlətlərin yekdil
qərarı ilə sədr seçilmişik.
Biz bunu siyasətimizə
olan güclü dəstək və əməkdaşlığımızın yaxşı göstəricisi
hesab edirik. Qoşulmama Hərəkatının sədri
olaraq biz ölkələr
arasında həmrəyliyi
gücləndirmək üçün
əlimizdən gələni
edəcək və lazım gələrsə,
konkret problemlərin həllinə yardım üçün səy göstərəcəyik. Əlbəttə ki, bu, ikitərəfli əlaqələrimizlə
bağlı məsələləri
müzakirə etmək
üçün yaxşı
imkandır.
Sizin Azərbaycana səfəriniz
tarixi əhəmiyyət
kəsb edir. Çünki diplomatik əlaqələrimiz
ərzində ilk dəfədir
ki, Əlcəzair Prezidenti Azərbaycana səfər edir. Sözsüz
ki, bu səfər
hər iki ölkə üçün
xüsusi məna kəsb edir. Biz ölkələrimiz arasında olan çox fəal siyasi dialoqu nümayiş etdiririk.
İslam
Əməkdaşlıq Təşkilatında
ölkəniz Ermənistanla
münaqişədə bizi
dəstəkləyir. Ona görə də biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında
və əlbəttə
ki, Qoşulmama Hərəkatında qarşılıqlı
dəstəyi davam etdirəcəyik. Mən, həmçinin
düşünürəm ki, hazırda iqtisadi əməkdaşlıq
məsələlərini, xüsusilə
ticarət dövriyyəsinin
artırılması yollarını
müzakirə etmək
üçün yaxşı
vaxtdır. Bir daha xoş gəlmisiniz.
Əlcəzair Prezidenti
Abdelkader BENSALAH dedi:
- Zati-aliləri, təşəkkür edirəm.
İcazə verin Sammitdə iştirak etmək və onun
uğuruna töhfə vermək üçün dəvətə görə
minnətdarlığımı bildirim. Mən təşkilatımıza sədrliyiniz
münasibətilə Sizi təbrik etmək
istərdim. İcazənizlə bildirim ki, biz bu
mühüm Sammit nəticəsində
qəbul olunacaq qərar və tövsiyələrin
mətninin tərcüməsi və dəqiqləşdirilməsi
üçün Sizin
qulluğunuzdayıq. Sammitin çox yaxşı və uğurlu
təşkili münasibətilə Sizi təbrik
etmək istərdim. Bizim münasibətlərə gəldikdə, mən
ikitərəfli münasibətlərin inkişafına
hazır olduğumuzu ifadə etmək istəyirəm.
İcazə verin bildirim
ki, ölkələrimizin və
xalqlarımızın istəklərinə nail
olmaq üçün
biz münasibətlərimizi inkişaf etdirməyə çox
şadıq. İcazə verin bildirim ki, ölkənizi
idarəetmə tərziniz və qəbul etdiyiniz
inkişaf siyasətini qavrama
üsulunuz təkcə Azərbaycanda yox, bütün inkişaf etməkdə olan
ölkələrdə qürur hissi oyadır. Nəinki təkcə
Azərbaycanın aparıcı təcrübəsi ilə, eyni zamanda, ölkənin və
Azərbaycan xalqının nailiyyətləri, uğuru
və inkişafını təmin etmək istiqamətində
yürütdüyünüz siyasətlə
tanış olmaq bizim
üçün çox
yaxşı imkan idi.
Biz bu münasibətlərin
inkişafından fəxarət hissi keçiririk və bu
kontekstdə mən bu yaxınlarda Azərbaycana
yeni xanım səfirin təyin olunması
xəbərini Sizə verməkdən şərəf hissi keçirirəm. Biz bu səfirə böyük
etimad göstərəcəyik.
Azərbaycan.- 2019.- 27 oktyabr.- S.2.