Azərbaycan Prezidenti
İlham Əliyevin
Pakistan Prezidenti Arif Alvi ilə görüşü
olub
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin oktyabrın 26-da Pakistan İslam
Respublikasının Prezidenti
Arif Alvi ilə görüşü
olub.
AZƏRTAC xəbər
verir ki, Prezident İlham Əliyev Prezident Arif Alvini qarşıladı.
Dövlət başçıları birgə
foto çəkdirdilər.
Sonra Prezident İlham Əliyevin və Prezident Arif Alvinin görüşü
oldu.
Prezident Arif ALVİ dedi:
-Maşallah, üç il
ərzində Qoşulmama
Hərəkatına sədrlik
edəcəksiniz.
Prezident İlham ƏLİYEV dedi:
-Bəli, dünən Sizin
dəstəyinizlə biz fəaliyyətə
başladıq. Bizim Qoşulmama
Hərəkatına sədr
kimi namizədliyimizi dəstəklədiyiniz üçün
Sizə bir daha təşəkkürümü
bildirmək istəyirəm.
Qarşıdakı üç
il ərzində
biz üzv ölkələr
arasında həmrəyliyi
gücləndirmək, onlar
üçün həssas
olan məsələlərin
həlli məqsədilə
əlimizdən gələni
etməyə çalışacağıq.
Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik.
Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqillik,
suverenlik, bir-birinin işlərinə qarışmama
ilə üst-üstə
düşür. Bunlar Azərbaycanın
beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm
ki, siyasətimizin önəmli elementlərindən
biri də beynəlxalq təşkilatların
qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin
həllinə çalışmaq
olacaq.
Prezident Arif ALVİ: Birləşmiş Millətlər Təşkilatı
kimi...
Prezident İlham ƏLİYEV: Bəli, Birləşmiş Millətlər
Təşkilatı kimi.
Bizim timsalımızda söhbət
erməni qoşunlarının
qeyd-şərtsiz olaraq
və dərhal ərazilərimizdən çıxarılmasını
tələb edən dörd qətnamədən
gedir. Lakin onlar icra olunmur. Bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qətnamələri
bir neçə günə icra olunur.
Prezident Arif ALVİ: Qoşulmama Hərəkatı burada böyük rol oynaya bilər.
Prezident İlham ƏLİYEV: Biz əlbəttə
ki, bunu edəcəyik. Biz ikili standartlara qarşı mübarizə
aparacağıq. Fürsətdən istifadə edərək, cənab Prezident, mən hökumətinizə,
qardaş Pakistan xalqına
Dağlıq Qarabağ
məsələsində Azərbaycana
davamlı dəstək
göstərdiyinə görə
minnətdarlığımı bildirmək istəyirəm.
Pakistanın Azərbaycan ərazilərini
işğal etdiyinə
görə Ermənistanla
diplomatik münasibətlər
qurmaması faktı bizim xalqımız tərəfindən çox
yüksək qiymətləndirilir.
Prezident Arif ALVİ: Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Bizim xalqımız bunu bilir. Xalqımız bilir ki, siz əsl qardaşlarsınız
və qardaşlığın
bu misilsiz jesti tərəfimizdən
həqiqətən yüksək
qiymətləndirilir. Biz
hazırda bir çox sahələri əhatə edən yaxın qardaşlıq münasibətlərini qurmuşuq.
Mən Sizin gözəl ölkənizə bir neçə dəfə səfər etmişəm.
Prezident Arif ALVİ: Bəli.
Prezident İlham ƏLİYEV: Çox şadam ki, Siz bizə səfər
edirsiniz, lakin biz Sizin rəsmi
səfərinizi gözləyəcəyik.
Prezident Arif ALVİ: Bəli, elədir. Yaxşı fürsət tapan
kimi gələcəyəm.
Zati-aliləri, biz ticarətin artırılmasına,
bir sıra sahələrdə əməkdaşlığın
inkişafına diqqət
yetirməliyik. Hesab edirəm
ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq
edə bilərik.
Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana,
müalicə xidmətləri
təklif edən qurumlarını Bakıda
standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını
nəzərdən keçirməyə
ruhlandıracağam. Eyni zamanda,
Azərbaycan neft sektorunda möhtəşəm,
uzunmüddətli təcrübəyə
malikdir. Mən Qvadarda
neft emalı müəssisəsinin yaradılmasının
mümkünlüyünü nəzərdən keçirməyi
təklif etmək istərdim. Qvadar dəniz limanıdır.
Prezident İlham ƏLİYEV: Bəli, bilirəm.
Prezident Arif ALVİ: Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir. Qvadarla da bağlantı
yaratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün
təchizat məhsullarını
ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı
artırmaq mümkündür.
Azərbaycan.- 2019.- 27 oktyabr.- S.3.