Birinci vitse-prezident Mehriban
Əliyeva İnstaqram səhifəsində
Qoşulmama Hərəkatının XVIII
Zirvə Görüşü ilə əlaqədar
paylaşım edib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində
Qoşulmama Hərəkatına
üzv ölkələrin
dövlət və hökumət başçılarının
Bakıda keçirilən
XVIII Zirvə Görüşü
ilə bağlı paylaşım edib.
Birinci vitse-prezidentin paylaşımında deyilir: “Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər – əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək”.
Azərbaycan.- 2019.- 27 oktyabr.- S.5.