Piter Maurer: Bakı Sammiti beynəlxalq humanitar yardımla bağlı müzakirələr aparmaq

 

Rəhbərlik etdiyim təşkilat Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olmasa da, dünyada silahlı münaqişələr və digər fövqəladə hallar zamanı vəziyyətin yüngülləşdirilməsi, insanların həyatı və sağlamlığının qorunması ilə məşğul olan ən böyük humanitar qurumdur. Hərəkatın Bakı Sammitində çoxsaylı ölkələrin nüfuzlu siyasi liderlərinin iştirakı beynəlxalq humanitar yardım sahəsində də müzakirələr aparmaq baxımından gözəl fürsətdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün iştirakçısı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Piter Maurer deyib.

Afrika, Yaxın Şərq və digər ölkələrdə silahlı münaqişələrin və zorakılığın artdığı bir dövrdə beynəlxalq hüquqa hörmət və insanlara humanitar yardım göstərilməsi bizim üçün çox vacibdir. Bugünkü tədbir həmin mövzunu Hərəkata üzv dövlətlərin rəhbərləri ilə müzakirə etmək və onların həlli yollarını tapmaq baxımından çox əhəmiyyətlidir,” - deyə BQXK-nın prezidenti əlavə edib.

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.5.