Alvin Botes: “Azərbaycanın
Qoşulmama Hərəkatına sədrliyi onun beynəlxalq
arenada növbəti uğurudur”
Azərbaycanın növbəti
üç ildə sədrlik edəcəyi Qoşulmama Hərəkatı
kimi nüfuzlu təşkilatın Bakıda keçirilən
XVIII Zirvə Görüşündə iştirak etməkdən
çox məmnunuq. Azərbaycan bu çoxtərəfli beynəlxalq
təşkilata növbəti üç ildə sədrlik edəcək.
Bu da ölkənizin beynəlxalq arenada daha bir uğurudur. Cənubi
Afrika Respublikası Azərbaycanın Hərəkata sədrliyi
dövründə çoxtərəfli əməkdaşlığın,
üzv dövlətlərin suverenliyi və ərazi
bütövlüyünün təmin olunması kimi məsələlərdə
ölkənizə fəal dəstək verəcək.
Bu barədə AZƏRTAC-a
müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatına
üzv ölkələrin dövlət və hökumət
başçılarının XVIII Zirvə
Görüşündə iştirak edən Cənubi Afrika
Respublikasının Beynəlxalq Münasibətlər və
Əməkdaşlıq nazirinin müavini Alvin Botes deyib.
"Azərbaycan Qoşulmama Hərəkatının
Zirvə Görüşünü çox yüksək səviyyədə
təşkil edib. İnanırıq ki, ölkəniz növbəti
üç il ərzində təşkilatın sədrliyi
çərçivəsində üzərinə düşən
missiyanı uğurla həyata keçirəcək”, – deyə
nazir müavini vurğulayıb.
Azərbaycan.- 2019.- 27 oktyabr.- S.5.