Misirin Xarici İşlər naziri: Azərbaycan Qoşulmama
Hərəkatına əhəmiyyətli töhfələr verir
Qoşulmama Hərəkatı çoxsaylı dünya ölkələrinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirən beynəlxalq təşkilatdır. Yarandığı gündən Bandunq Prinsiplərinə sadiq qalan bu Hərəkat dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Müxtəlif çağırışlarla qarşılaşdığımız bir dönəmdə Hərəkata üzv olan bütün ölkələr bu prinsiplərə bütünlüklə əməl olunması üçün səyləri artırmalıdırlar. Azərbaycan bu təşkilatın fəal üzvü kimi onun əsas məqsədlərinə çatması işinə əhəmiyyətli töhfələr verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısında iştirak edən Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şükri deyib.
Xarici İşlər naziri bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının fəaliyyətinə daim öz dəstəyini göstərir. Təşkilata sədrlik Azərbaycana keçib. Prezidentinizin müdrik və uğurlu rəhbərliyi ilə nəinki təşkilata daxil olan ölkələr, həmçinin onların BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Avropa İttifaqı dövlətləri ilə əməkdaşlıq əlaqələri daha da genişlənəcək.
“İnanırıq
ki, Azərbaycanın təşkilata sədrliyi
hərəkatın üzv dövlətləri
arasında çoxtərəfli əməkdaşlığın
inkişafı, eləcə də sülhün,
sabitliyin və təhlükəsizliyin təmin
olunmasının təşviqi sahəsində səylərin
artırılmasına əlavə stimul
verəcək”, - deyə nazir
vurğulayıb.
Azərbaycan.-
2019.- 27 oktyabr.- S.5.