Qana Prezidenti Nana Akufo-Addonun Azərbaycana səfəri başa çatıb

 

Oktyabrın 26-da Qana Respublikasının Prezidenti Nana Akufo-Addonun Azərbaycan Respublikasına səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Prezident Nana Akufo-Addonu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.6.