Astarada yubiley tədbiri keçirilmişdir

 

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin "Nəsimi ilielan edilməsi haqqında sərəncamına uyğun olaraq bütün respublikada olduğu kimi, Astara rayonunda da ilboyu silsilə tədbirlər keçirilmişdir.

Müxtəlif idman növləri üzrə yarışlar, ədəbi-bədii gecələr, Astara Pedaqoji Kollecində və ümumtəhsil məktəblərində inşa, bədii qiraət, rəsm müsabiqələri təşkil edilmiş, qaliblər mükafatlandırılmışlar. Bu tədbirlərin davamı olaraq rayonun Dənizkənarı park-bulvar kompleksində Azərbaycan poeziyası tarixində fəlsəfi şeirin ilk böyük nümayəndəsi olan İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Məndə sığar iki cahan” adlı musiqili ədəbi-bədii kompozisiya keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.

Astara Pedaqoji Kollecinin tələbələrinin, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında böyük şairin qəzəlləri dinlənilmiş, Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvləri şairin qəzəllərindən ibarət muğam parçaları səsləndirmişlər.

İştirakçılar tədbiri böyük maraqla izləmiş, şairin yaradıcılığından bəhs edən sərgidən, şeir-sənət məclisindən zövq aldıqlarını bildirərək təşkilatçılara minnətdarlıq etmişlər.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2019.-27 oktyabr.- S.8.