Gülçülük bazarında ölkəmizin təmsil olunması “Made in Azerbaijanbrendini daha da məşhurlaşdıracaq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verildi.

"AzRose” MMC-nin direktoru Nicat Mirzəyev bildirdi ki, ölkəmizdə ənənəvi ixrac potensialı yüksək sahələrdən biri gülçülükdür. Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür. Bu sahənin Azərbaycanda ənənəvi xarakter daşıdığını, hələ sovet dövründə bu sahədə ciddi işlərin həyata keçirildiyini nəzərə alsaq, gülçülüyün ölkəmizdə yenidən inkişaf etdirilməsi ilə bağlı görülən işlər təqdirəlayiqdir. Çünki bu sahədə əldə olunan məhsullara dünya bazarında böyük tələbat var. Statistik göstəricilərə görə, dünya üzrə ildə təxminən 3 ton qızılgül yağı istehsal olunur. Bu bazarda Azərbaycanın da təmsil olunması ölkəmizə yeni valyuta axınını təmin edəcək, digər tərəfdən də "Made in Azerbaijanbrendinin dünyada daha da məşhurlaşmasına səbəb olacaq.

Qeyd olundu ki, Qəbələ gülçülük istixanasının yaradılması ilə bağlı işlərə 2017-ci ilin noyabr ayında başlanılıb. İllik istehsal gücü 6 milyon ədəd gül olan müəssisədə suvarma, işıqlandırma, isitmə və havalandırma sistemləri tamamilə elektronlaşdırılıb. Məhsuldarlığın artırılması məqsədilə 2005 LED lampası quraşdırılıb.

Çeşidləmə və paketləmə prosesi ilə tanışlıq zamanı bildirildi ki, Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik "Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada "Red Naomi”, "Avalanj”, "Talea”, "Aqua”, "Sweet Avalanj”, "Jumilia”, "Wow” və "London eyekimi xüsusi qızılgül növləri yetişdirilir, yerlixarici bazarlara satışa çıxarılması hədəflənir.

İnvestisiya dəyəri 19 milyon manat təşkil edən müəssisənin ümumi ərazisi 10 hektardır. İstixana ərazisi 3 hektardır və gələcəkdə genişləndirilməsi planlaşdırılır. "AzRose” hazırda daxili bazarın 60 faizini güllə təmin edir. Qiymət daha ucuzmünasibdir. Zirə və Şəmkirdə də istixanalar var. Vəndam qəsəbəsində dekorativ gülçülük istixanasında ümumilikdə 50 yerli işçi çalışır və onların orta aylıq əməkhaqqısı 550 manat təşkil edir. Gələcəkdə istehsalın 40 faizinin Rusiya, Qazaxıstan və digər ölkələrə ixracı planlaşdırılır.

Sonda istixananın kollektivi ilə xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.- 2019.-29 oktyabr.- S.1-2.