Qəbələ şəhərində əhalinin içməli su təchizatı yaxşılaşdırılıb

 

Oktyabrın 28-də Qəbələ şəhərinin içməli su təchizatı kanalizasiya sistemləri istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, qədim tarixə zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Bu layihənin icrası Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”, həmçinin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 kilometr magistral su xətti çəkilərək yeni şəbəkəyə birləşdirilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10400 kubmetr olan 6 su anbarı, xlorator qurğusulaboratoriya binası inşa edilib.

Diqqətə çatdırıldı ki, görülən işlər nəticəsində şəhərdə 132 kilometr içməli su şəbəkəsi yaradılıb, 7 mindən çox abonent yeni şəbəkəyə qoşulubsayğaclaşma işləri aparılıb. Hazırda şəhər əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Şəhərdə 123 kilometrlik kanalizasiya şəbəkəsi və 8,2 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb.

Dövlətimizin başçısı Qəbələ şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

 

Azərbaycan.- 2019.-29 oktyabr.- S.2.