Azərbaycan BMT ilə ticari-iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib

 

Azərbaycan və BMT arasında ticari-iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukhisa Kituyi ilə görüşüb.

Görüşdə Azərbaycan və BMT arasında ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.-29 oktyabr.- S.6.