İqtisadiyyat Nazirliyində görüş
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələrin perspektivlərinə dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri Yoav Qalant və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq məsələləri, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Görüş zamanı, həmçinin regional tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2019.-29 oktyabr.- S.6.