Brüsseldə Azərbaycan
və ABŞ Müdafiə
nazirlərinin görüşü
olub
NATO-nun Əfqanıstanda
həyata keçirdiyi
“Qətiyyətli Dəstək”
missiyasına töhfə
verən dövlətlərin
müdafiə nazirləri
səviyyəsində Brüssel
şəhərində keçirilmiş
toplantısı çərçivəsində
ABŞ tərəfinin təşəbbüsü
ilə ABŞ Müdafiə
naziri Mark Esper ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
tərəflər Azərbaycan
ilə ABŞ arasında
ikitərəfli və
NATO çərçivəsində hərbi əlaqələrin
inkişaf perspektivlərini,
o cümlədən hərbi,
hərbi-texniki, hərbi
təhsil və hərbi tibb sahələrində əməkdaşlığın
daha da genişləndirilməsini,
eləcə də
regional və qlobal təhlükəsizlik məsələlərini
müzakirə ediblər.
Görüşdə, həmçinin sülhməramlılarımızın
NATO-nun Əfqanıstanda həyata
keçirdiyi “Qətiyyətli
dəstək” qeyri-döyüş
missiyasında iştirakı
barədə ətraflı
fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.-29 oktyabr.- S.6.