Azərbaycan Fransaya etiraz notası verib

 

Oktyabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumunxarici işlər naziriMasis Mayılyan ilə görüşərək onunlabirgə bəyannaməimzalaması ilə bağlı etiraz notası təqdim edilib.

Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.

Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə regional qurumlarının Azərbaycanın işğal olunmuş ərazilərindəkihakimiyyət qurumlarıilə imzalanan qeyri-qanunisaziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etməsi fonunda bu cürbirgə bəyannamə”nin imzalanması həm Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.

Xatırladaq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanunisənədlərAzərbaycan Fransanın milli qanunvericiliyi, xüsusilə Fransa Konstitusiyasının 73-cü maddəsi, Ərazi Vahidləri Ümumi Məcəlləsinin maddələri 24 may 2018-ci il tarixində Daxili İşlər Avropa Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.

Avropa İttifaqının aparıcı ölkələrindən ATƏT-in Minsk qrupunun həmsədri olan Fransada yerli regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuzsənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəçilik roluna kölgə saldığı Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirilib.

Fransa səfirinin diqqəti bu arzuolunmayan tendensiyalara yönəldilərək, ondan ölkəsinin Xarici İşlər Nazirliyinin məsələyə müdaxilə etməsi Azərbaycan tərəfinə izahat verilməsi istənilib.

Səfir Z.Qross, öz növbəsində, yerli bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana səfər proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyinibu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.7.