Çoxlu ağac əkilməsi və
meşə zolaqlarının salınması qlobal
istiləşmənin qarşısını ala
bilər
Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Yaşıllıqlar çox olanda xəstəlik törədən mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə az ifraz olunur. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü barədə danışarkən deyib.
O, gələn ay həyata keçiriləcək təşəbbüs
nəticəsində ölkəmizin ərazisində meşə
zolaqlarının ərazisinin artacağı, atmosferin
və ətraf mühitin ekoloji
durumunun yaxşılaşması istiqamətində
daha bir addım
atılacağını bildirib: "Bu təşəbbüsün ölkəmizdə
ekoloji mühitin
sağlamlaşdırılmasında mühüm
rolu olacaq. Ekoloji təlim
və tərbiyə ilə məşğul olan
bir kollektivin nümayəndələri
kimi Ekologiya və
torpaqşünaslıq fakültəsinin professor-müəllim
heyəti və tələbə kontingenti
həmin təşəbbüsü dəstəkləyir, onu Azərbaycan təbiətinin qorunması və
ətraf mühitin mühafizəsi sahəsində
böyük qayğı kimi
dəyərləndirir. Ekologiya və torpaqşünasliq
fakültəsinin təşəbbüsə qoşulması
ilə həm böyük şairin
xatirəsinə ehtiramımızı ifadə edəcək, həm
də ölkəmizin yaşıllaşdırılması,
meşə zolağının artırılması işinə
öz töhfəmizi verəcəyik”.
Azərbaycan.- 2019.-29 oktyabr.- S.7.