2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkilərində
Azərbaycan Demokratik İslahatlar
Siyasi Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar N 9/32
2019-cu il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə
seçkilərində Azərbaycan
Demokratik İslahatlar Siyasi Partiyasının Siyasi Şurasının
2019-cu il 23 oktyabr tarixli 126 saylı iclasının Qərarı
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Mərkəzi
Seçki Komissiyasına
təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün hüquqi
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və
52-ci maddələrinə əsasən
qərara alır:
1. 2019-cu il dekabrın 23-nə
təyin edilmiş bələdiyyə seçkilərində
aşağıdakı şəxslər
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndələr:
Asim Nazim oğlu Mollazadə
İlkin Samit oğlu Həsənov
Samir Adil oğlu Quliyev
Sevinc Eldar qızı Məmmədova
Ülkər İsmayıl
qızı Abdullayeva
1.2. Maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndə:
Alla Alekseyevna Korablyova
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
28.10.2019-cu il
Azərbaycan.- 2019.- 29 oktyabr.- S.11.