2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar N 9/33

 

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Böyük Quruluş Partiyasının Ali Məclisinin 2019-cu il 19 oktyabr tarixli 3 saylı iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 52-ci maddələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:

Natiq Heydər oğlu Əhmədov

Arif Sədrəddin oğlu Kazımov

Rövşən Cavad oğlu İsmayılov

Teymur Aydın oğlu Mirzəyev

Elman Nəsib oğlu Orucov

Məzahir Binnət oğlu Əliyev

Tural İltifat oğlu Əliyev

Marif Şəmistan oğlu Tanrıverdiyev

Səməd Mədəd oğlu Mustafayev

Firavan Nizami qızı İbrahimova

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Natiq Lütvəli oğlu Əhmədov

Adil İlqar oğlu Heydərov

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

28.10.2019-cu il

 

Azərbaycan.- 2019.- 29 oktyabr.- S.11.