Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar N 9/34

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Sona Abxaz qızı Osmanova 40 saylı Kəpəz ikinci (Gəncə), Cavid İlqar oğlu Əhmədov 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Pərviz Azad oğlu Hüseynzadə 3 saylı Babək-Kəngərli- Naxçıvan, Əfayıl Vaqif oğlu Qasımov 4 saylı Naxçıvan şəhər, İsrafil Qayvalı oğlu İsmayılov 16 saylı Yasamal ikinci, Şamil İsbi oğlu Məmmədov 19 saylı Nərimanov birinci, Eldar Adil oğlu Səfərov 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

28.10.2019-cu il

 

Azərbaycan.- 2019.- 29 oktyabr.- S.11.