H.X.Əsədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov "Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 30 oktyabr.- S.2.