Azərbaycanlı alim Türk Dünyası beynəlxalq fəxri
mükafatına layiq görülüb
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə azərbaycanlı alim Teymur Əhmədov "Türk dünyasının fəxri elm və mədəniyyət adamı” beynəlxalq mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Turan Elmlər Akademiyasının akademiki, filologiya elmlər doktoru, professor, "Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədova mükafatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə təqdim edib.
Türkiyənin "Anadolu” və Azərbaycanın "Respublika” qəzetləri uzun illərdir əməkdaşlıq edir, iki ölkənin ictimai-siyasi, ədəbi-mədəni, iqtisadi həyatına dair səhifə mübadiləsi həyata keçirirlər. "Respublika” qəzetinin Türkiyə təmsilçisi Əflatun Nemətzadənin və qəzetin baş redaktoru Teymur Əhmədovun Türkiyə və Azərbaycanın ictimai həyatı, ədəbi-mədəni əlaqələri haqqında silsilə məqalələri oxucular tərəfindən maraqla qarşılanır.
Professor Teymur Əhmədov Hüseyn Adıgözəl, Cemal Adıgol, Nazilə Abbaslı kimi müəllim, alim və yazıçılarla əməkdaşlıq edir. Onun "Erməni xəyanəti və Andranik Ozanyanın qanlı əməlləri” kitabı 2002-ci ildə "Kuvayı Milliye” nəşrinin (aylıq tarix və mədəniyyət jurnalı) səhifələrində, 2005-ci ildə "Tarixin işığında” (erməni dosyesi) kitabında dərc olunub və oxucuların diqqətini cəlb edib.
İctimai-siyasi
xadim və yazıçı Nəriman Nərimanovu
Türkiyədə geniş ictimaiyyətə
yaxından tanıdan tədqiqatçı alim
Hüseyn Adıgözəl "Nəriman
Nərimanov”, "Nərimanov. Məktublar”, "Nərimanov.
Seçmə məqalələr”, "Atatürk,
Nərimanov və Qurtuluş
Savaşımız” kitablarını Teymur
Əhmədova hədiyyə edib.
Azərbaycan.-
2019.-31 oktyabr.- S.8.