Azərbaycan Qoşulmama
Hərəkatının işinə
töhfə verəcək
İlham Əliyev
beynəlxalq hüququn
təməl prinsiplərini
təşviq etmək
əzmindədir
Azərbaycan Respublikası
28 il əvvəl
müstəqilliyini bərpa
edəndən bəri
bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarda
üzv kimi fəal iştirak edərək həm milli maraqlarını irəli aparır, həm də bu platformalar çərçivəsində ayrı-ayrı ölkələrlə
sıx əməkdaşlıq
etməklə yeni-yeni
dostlar qazanır.
Böyük tarixlə müqayisədə
qısa zaman kəsiyində gənc dövlətimiz beynəlxalq
aləmdə etibarlı
tərəfdaş imicinin
sahibi olmuş və nəticə etibarilə dünya adlı ailədə nüfuzlu üzv kimi layiqli yer
tutmuşdur. Azərbaycanın heç kimdən
asılı olmayan müstəqil xarici siyasət yeritməsinin, ədalətə və beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir
ki, dövlətimiz
2011-ci ildə 155 ölkənin
dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilmişdir. Təhlükəsizlik Şurasına üzvlük
müddətində Azərbaycan
beynəlxalq sülh və təhlükəsizliyin
möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə layiqli töhfə vermiş və beynəlxalq siyasi həyatın fəal iştirakçısı
kimi prinsipial mövqe nümayiş etdirmişdir.
Cari ayın 25-26-sı
ölkəmizin tarixində
daha bir mühüm hadisə ilə yadda qaldı: Qoşulmama Hərəkatının XVIII Sammiti
Bakıda keçirildi
və Azərbaycan Respublikası beynəlxalq
təşkilatın sədri
səlahiyyətlərini qəbul
etdi. Məlum olduğu kimi,
bu təşkilat BMT-dən sonra ikinci böyük siyasi platformadır. 120 üzv-dövləti öz sıralarında birləşdirən Qoşulmama
Hərəkatının fəaliyyətində
17 dövlət və
10 beynəlxalq təşkilat
da müşahidəçi
kimi iştirak edir. Yer kürəsi əhalisinin
51 faizi Qoşulmama Hərəkatının üzvü
olan ölkələrdə
yaşayır. Planetdə
əkin sahələrinin
46 faizi, neft ehtiyatlarının 86 faizi
üzv-ölkələrin payına
düşür. Başqa sözlə,
Qoşulmama Hərəkatı
özünü dünyada
yetərli siyasi çəkiyə malik olan qurum kimi
göstərir.
Cəmi səkkiz
il əvvəl
Qoşulmama Hərəkatına
qoşulmuş Azərbaycan
indi üç il ona rəhbərlik
etmək səlahiyyətlərini
icra edəcək. Özü də ölkəmizin daxil olduğu Avropa qrupu 1992-ci ildən bəri ilk dəfə məhz Azərbaycanın timsalında
bu beynəlxalq platformanın sədri olur. Bu da
təsadüfi deyil.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
Qoşulmama Hərəkatına
sədrliyin Azərbaycana
həvalə edilməsi
dünya birliyinin ölkəmizə göstərdiyi
hörmət, inam və etimadın növbəti təzahürüdür.
Qarşıdakı üç
il ərzində
Azərbaycan Qoşulmama
Hərəkatının sədri
kimi həm səlahiyyətlərini icra
edəcək, həm də beynəlxalq siyasi platformadan faydalanaraq dünya birliyinin üzləşdiyi
problemlərin həlli
naminə səylərini
əsirgəməyəcək, bu istiqamətdə yeni-yeni təşəbbüslər
irəli sürəcək.
Yeri gəlmişkən, Bakı
sədrliyə başlayar-başlamaz
ilk təşəbbüsünə imza atmışdır. Məlum olduğu
kimi, gənclər siyasəti dövlətimizin
yürütdüyü siyasətin
prioritet istiqamətlərindən
biridir. Azərbaycanda böyüməkdə olan nəslin milli-mənəvi dəyərlər,
vətənpərvərlik ruhunda yetişdirilməsinə
xüsusi əhəmiyyət
verilir. Ona görə də
Azərbaycan rəhbərliyi
Qoşulmama Hərəkatının
tarixində ilk dəfə
olaraq Gənclər Sammiti keçirmək təşəbbüsü ilə
çıxış etmişdir.
Hərəkatın XVIII sammiti ərəfəsində
təşkil olunmuş
Gənclər Sammitində
40 ölkədən Bakıya
gəlmiş gənclər
iştirak etmişlər.
Qoşulmama Hərəkatı fəaliyyətində
Bandunq prinsiplərini rəhbər tutur. Bu prinsiplər hələ
1955-ci ildə, Hərəkat
yaranmamışdan əvvəl
İndoneziyanın Bandunq
şəhərində keçirilmiş
beynəlxalq konfransda elan edilmişdir. Beynəlxalq hüququn sülh, təhlükəsizlik
və əməkdaşlıq
məsələlərinə dair əsas prinsiplərinə uyğun
olan Bandunq prinsipləri dövlətlərin
ərazi bütövlüyünə
və suverenliyinə hörmət, dövlətlərin
daxili işlərinə
qarışmamaq və
qarşılıqlı maraqların
qorunması və əməkdaşlığın təşviqi, eləcə
də ədalət və beynəlxalq öhdəliklərə hörmət
kimi prinsipləri ehtiva edir. Hərəkatın üzvü olan hər bir dövlət
məhz bu prinsiplərə sadiq qalacağını bəyan
etməlidir. Bandunq prinsipləri
Azərbaycanın yeritdiyi
xarici siyasətin təməl prinsipləri ilə üst-üstə düşür.
Prezident İlham
Əliyevin bəyan etdiyi kimi, Azərbaycan
Qoşulmama Hərəkatının
sədri kimi beynəlxalq hüququn norma və
prinsiplərinə hamılıqla
əməl olunması
üçün əlindən
gələni edəcək.
Bakı daim vurğulayacaq ki, dövlətlərin sərhədlərini güc
yolu ilə dəyişdirmək cəhdləri,
güc tətbiq etməklə ölkələrin
ərazi bütövlüyünün
pozulması, daxili işlərə hər hansı müdaxilə yolverilməzdir.
Məlum olduğu kimi, Qoşulmama Hərəkatı
üzvlərinin mütləq
əksəriyyəti inkişaf
etməkdə olan ölkələrdir. Müasir dünyanın üzləşdiyi
problemləri əsasən
bu ölkələr yaşayır. Silahlı münaqişələr,
yoxsulluq, beynəlxalq münasibətlərdə ədalətsizlik,
qeyri-bərabərlik, zorakılıq
baş alıb gedir. Bu məsələlərin
tənzimlənməsi naminə
Azərbaycan Qoşulmama
Hərəkatında sədrliyi
zamanı digər beynəlxalq təsisatlarla
dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın
coğrafiyasının genişləndirilməsinə
çalışacaq. Bu mənada keçən ay Azərbaycanın
"77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq səyləri
artırmağa imkan verəcək. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində
birgə səylərlə
müdafiə olunması
da xüsusi əhəmiyyət kəsb
edəcək.
Eyni zamanda Azərbaycan ən az inkişaf
etmiş, dənizə
çıxışı olmayan
kiçik ada-ölkələrin
üzləşdiyi təhdidlərə
xüsusən diqqət
yetirəcək. Dövlət başçısı nəzərə
çatdırmışdır ki, Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardım göstərmişdir. Azərbaycan müxtəlif
ölkələrdə yoxsulluğun
azaldılması, elm, mədəniyyət,
səhiyyə, informasiya
texnologiyalarının inkişafı,
su resurslarından səmərəli istifadə
olunması, qrant proqramları və digər sahələrdə
layihələr həyata
keçirir. Bu istiqamətdə
iş gələcəkdə
də davam edəcək.
Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatı
beynəlxalq hüququn
təməl prinsiplərini
kobudcasına pozan dövlətlərin əməllərini
ifşa etmək, onları qınaq obyektinə çevirmək
üçün mühüm
beynəlxalq müstəvidir. Bu baxımdan üzv dövlətlərin təcavüzkar
Ermənistana münasibəti
təqdirəlayiqdir. Azərbaycan Qoşulmama
Hərəkatına qoşulandan
sonra qurumun üzvləri Dağlıq
Qarabağ münaqişəsi
barədə daha müfəssəl məlumat
əldə etmişlər.
2012-ci ildən bəri Hərəkatın
nazirlər səviyyəsində
görüşləri və
sammitləri zamanı
qəbul edilmiş bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan
münaqişəsi ilə
bağlı bənd daxil edilmişdir. Həmin sənədlərdə münaqişənin
Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığı
prinsipləri əsasında
həllinə dəstək
ifadə olunmuşdur.
Başqa
sözlə, Qoşulmama
Hərəkatının məsələyə
münasibətdə mövqeyi
birmənalıdır və
Ermənistan bundan sonra da üzv
dövlətlərin qınağı
ilə üzləşəcək.
Allahverdi MEHDİYEV
Azərbaycan.- 2019.-30 oktyabr.-
S.1; 3.