MDB Müdafiə Nazirləri Şurasının
iclasının iştirakçıları Şəhidlər
xiyabanını ziyarət ediblər
Müstəqil Dövlətlər
Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri
Şurasının Bakıda keçirilən növbəti
iclasının iştirakçıları oktyabrın 30-da
Şəhidlər xiyabanını ziyarət ediblər.
İclas
iştirakçıları Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini yad edib, “Əbədi məşəl”
abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür
nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini
seyr edən iclas iştirakçılarına Şəhidlər
xiyabanının tarixi və paytaxtımızda aparılan
abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək ki, iclasda Azərbaycanın
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya
Federasiyasının Müdafiə naziri ordu generalı Sergey
Şoyqu, Belarus Respublikasının Müdafiə naziri
general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının
Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan
Respublikasının Müdafiə naziri general-mayor Bahodir
Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri
general-polkovnik Mirzo Şerali və Qırğız
Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edirlər.
Azərbaycan.-
2019.- 31 oktyabr.- S.2.