Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Milli Məclisdə olub

 

Oktyabrın 30-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Litva Respublikası Xüsusi İstintaq Xidmətinin nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan parlamentinin qanun yaradıcılığı prosesindən, ölkədə korrupsiya ilə mübarizə sahəsində qəbul edilən qanun və qərarlardan, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə ratifikasiya edilmiş konvensiyalardan ətraflı söz açıb. Bildirilib ki, bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesində korrupsiya ilə mübarizə əsas yer tuturbu, milli strategiyamızın tərkib hissəsidir. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul olunub, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaonun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edilib. Hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar - Korrupsiyaya qarşı mübarizə üzrə KomissiyaBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin işindən, qəbul edilən çoxsaylı hüquqi sənədlərdən söhbət açıb.

Litva Respublikası Xüsusi İstintaq Xidmətinin direktoru Zidrinas Bartkus Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu qurulduğunu və yaxşı təcrübə əldə edildiyini deyib. Qonaq qeyd edib ki, ölkəsinə qayıtdıqdan sonra Azərbaycanın bəzi təcrübələrindən istifadə edəcəklər. O, xüsusilə “ASAN xidmət” modelini qeyd edərək bunun korrupsiyaya qarşı mübarizədə çox səmərəli vasitə olduğunu bildirib. Zidrinas Bartkus ölkəmizin qısa müddətdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan da danışaraq məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

 

Azərbaycan.- 2019.- 31 oktyabr.- S.3.