190 ölkənin öncülləri sırasında
Prezident İlham Əliyevin alternativsiz
islahatları, innovativ dövlət idarəçiliyi
Azərbaycanın reytinqini yüksəldir
və ölkəmizi beynəlxalq iqtisadi təşkilatların
tamhüquqlu üzvünə çevirir
Dövrün tələblərinə uyğun aparılan kompleks islahatlar Azərbaycana artıq həm siyasi-iqtisadi dividendlər qazandırır, həm də ölkəmizin beynəlxalq hesabatlarda mövqeyini daha da yaxşılaşdırır.
Prezident İlham Əliyevin 2015-ci ildən daha da dərinləşdirdiyi islahatların uğurlu nəticələrinin beynəlxalq reytinq agentliklərinin, Dünya Bankının və Dünya İqtisadi Forumunun hesabatlarında əksini tapması da bunun real təcəssümüdür.
Dünya Bankının "Doing Business 2020” hesabatında Azərbaycan
top-20 ən islahatçı
ölkə sırasında
yer alıb. Hesabatda
Azərbaycan 190 ölkə
arasında 76,7 qiymətləndirmə balı
ilə 34-cü sırada
qərarlaşıb. Ölkəmiz
2018-ci ilin mayından
2019-cu ilin mayına qədər olan dövrdə həyata keçirilən kompleks islahatlara, xüsusən də 4 indikator- "Əmlakın qeydiyyatı”,
"Kreditin alınması”,
"Minoritar investorların
hüquqlarının qorunması”
və "Müqavilələrin
icrasının təmin
edilməsi” üzrə
aparılan islahatlara görə bu yerə layiq görülüb.
Hesabatda qeyd olunur ki,
Azərbaycan kadastrın
əhatə dairəsini
genişləndirməklə və kadastr planlarını rəqəmsallaşdırmaqla
əmlakın qeydiyyata
alınmasını daha
asan və şəffaf edib. Ölkəmiz həm borcların, həm də öhdəliklərin ümumi
təsvirinə, təhlükəsizlik
maraqlarının məhkəmədənkənar
icrasına icazə verib. Tərəflərin imzaladığı əlverişsiz sazişlər
üzrə məsuliyyət
direktorların üzərinə
qoyulmaqla minoritar investorların hüquqlarının
müdafiəsi gücləndirilib.
Azərbaycan şikayətçilərə ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiqi və könüllü vasitəçilik
haqqında birləşdirilmiş
qanun qəbul etməklə müqavilələrin
icrasını asanlaşdırıb.
Hesabata əsasən,
Azərbaycan biznesə
başlama üzrə
9-cu, tikinti üçün
icazələrin alınması
üzrə 59-cu, elektrik
təchizatı şəbəkələrinə
qoşulma üzrə
80-ci, əmlakın qeydiyyatı
üzrə 44-cü, kreditlərin
alınması üzrə
1-ci, kiçik investorların
hüquqlarının müdafiəsi
üzrə 105-ci, vergilərin
ödənilməsi üzrə
40-cı, sərhəddə ticarət üzrə
83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin
həlli indikatoru üzrə 47-ci yerdədir.
Azərbaycanın "Doing
Business 2020” hesabatında ən
yüksək nəticə
əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Ölkəmiz kreditlərin əlçatanlığı
göstəricisi üzrə
190 dövlət arasında
1-cidir.
İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin yaydığı
məlumata əsasən,
bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində "Daşınar əmlakın
yüklülüyü haqqında”
qanuna və Mülki Məcəlləyə
edilən dəyişikliklərlə
uyğunlaşdırmalar aparılması
öz töhfəsini
verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan
sadələşdirmələrlə daşınar əmlakın
bir kateqoriyasının
ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə
ediləcək əmlakın
yüklü edilməsinə,
əsas öhdəliyin
maksimal ölçüsünün
göstərilməsinin mümkünlüyünə
icazə verilir.
Kiçik investorların
hüquqlarının müdafiəsi
ilə əlaqəli olaraq Mülki Məcəlləyə və
Mülki Prosessual Məcəlləyə edilən
dəyişikliklərlə səhmdarların keçirilən
əməliyyatlar nəticəsində
vurulan zərərə
görə direktoru məsuliyyətə cəlb
etmək, iddiaçının
konkret sənəd göstərilmədən işə dair bütün sənədləri
tələb edə bilməsi, yaranan fikir ayrılığı
üzrə həll mexanizmi və bu kimi digər
yeniliklər mövcuddur.
Göründüyü kimi, son 4 ilin hesabatlarına görə
Azərbaycan yüksəlişdədir. Ölkəmizin
iqtisadi sahədə qazandığı nailiyyətlər,
eləcə də həyata keçirilən
liberal iqtisadi islahatlar,
rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması
istiqamətində atılan
ardıcıl və qətiyyətli addımlar
dünyanın aparıcı
iqtisadi və maliyyə institutlarının,
reytinq agentliklərinin,
iqtisadi azadlıq səviyyəsini tədqiq
edən fond və mərkəzlərin diqqətindən
kənarda qalmır.
Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün
təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini
əks etdirdiyini bir daha göstərir.
Bu uğurlar
cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin nəticələrinə
beynəlxalq təşkilatların
verdiyi qiymət olmaqla yanaşı, ölkədə sahibkar sinfi üçün yeni imkanların yaradıldığından, xarici
investorlara edilən güzəştlərdən xəbər
verir. Digər tərəfdən, ölkəmizin nüfuzlu hesabatda irəliləməsinə
əsas səbəblər
sırasında hökumətin
əksər sahələrdə
öz xidmətlərini
elektronlaşdırmasını, bu xidmətlərin əlçatanlığının təmin olunmasını vurğulamaq mümkündür.
Azərbaycanın sosial-iqtisadi, humanitar sahələrdəki uğurlu
inkişafı beynəlxalq
təşkilatların diqqətindən
yayınmır. Beynəlxalq qurumlar ölkələrin
inkişafını diqqət
və təhlil predmetinə çevirməklə
onların qlobal əhəmiyyətini təsdiqləyirlər.
Əlbəttə ki, Azərbaycanın uğurlu inkişafının,
tərəqqisinin kökündə
Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi
strategiyası durur. Bu ardıcıl siyasətin məntiqi nəticəsi kimi 15 oktyabr 2019-cu ildə Azərbaycanın növbəti beynəlxalq
uğurunun şahidi olduq. Həmin gün Parisdə
İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (İƏİT) qərargahında Azərbaycanın
İƏİT-in İnkişafa Dəstək Komitəsinin
tamhüquqlu üzvü
qismində bu təşkilatda statusunun yüksəldilməsi barədə
qərar qəbul edildi.
Bu təşkilatda
birləşən ölkələrin
böyük əksəriyyəti
Avropa Birliyinin üzvüdür. Lakin Avropa Birliyinə
daxil olmayan ABŞ, Kanada, Yaponiya, Türkiyə, Meksika və bir sıra
digər ölkələr
də bu təşkilatda təmsil olunur. Beynəlxalq statistikaya görə,
dünya ÜDM-nin 60 faizi İƏİT ölkələrinin
payına düşür.
Azərbaycan MDB məkanında öz göstəricilərinə
görə İƏİT-in İnkişafa Dəstək
Komitəsinə üzvlük
tələblərinə cavab
verən ilk ölkədir.
Azərbaycanın bu təşkilatın İnkişafa Dəstək
Komitəsi kimi elit kluba üzvlüyünü
təmin edən faktorlar ölkəmizin davamlı inkişafının
planlaşdırılması və idarə edilməsi, həmçinin
inklüziv cəmiyyətin
formalaşdırılması sahəsində uğurlarıdır.
Müstəqilliyinin bərpasından
cəmi 28 il
ötən bir ölkənin belə sürətli tərəqqisi
rekord göstərici hesab olunur. Cənab İlham
Əliyevin son 16 ildə
həyata keçirdiyi
məqsədyönlü, tam müstəqil siyasət bu uğurları şərtləndirən əsas
amildir.
Əlbəttə ki, Azərbaycanın reytinqlərdə yüksələn
mövqeyi təkcə
beynəlxalq təşkilatların
deyil, investorların da diqqətini cəlb edir. Yaradılan əlverişli
biznes mühiti, investorlara edilən güzəştlər Azərbaycana
investisiya axınını
daha da sürətləndirir.
Yəni Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində "Doing Business” və digər beynəlxalq reytinqlərdə
Azərbaycanın mövqeyinin
irəliləməsi ölkənin
investisiya cəlbediciliyini
artırmaqla, qeyri-neft
sektoruna sərmayə
qoyuluşunu da asanlaşdırır. Bu ilin
9 ayında iqtisadiyyata
yatırılan 10,1 milyard manatlıq investisiya da onu deməyə əsas verir ki, investorların Azərbaycana olan marağı getdikcə artır.
Dövlət başçısı
da həyata keçirilən islahatları
dəyərləndirərkən deyib: "Biz neft gəlirlərinin qeyri-neft
sektoruna yönəldilməsi
istiqamətində çox
böyük uğurlar
əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi
işində dünya
miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl
yerlərdədir. Təsadüfi deyil ki, biznes
mühitinin yaxşılaşdırılmasını
Dünya Bankı kimi ən aparıcı
beynəlxalq maliyyə
qurumu qiymətləndirir
və biznes mühitinin səviyyəsinə
görə biz dünyada
25-ci yerdəyik, 20 ən
islahatçı ölkə
arasındayıq. Eyni zamanda,
Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdür. Bütün bunlar
aparılan islahatların
nəticəsidir”.
Onu da vurğulayaq ki, Dünya Bankının hər il
hazırladığı hesabat
biznes mühitinin asanlığının qiymətləndirilməsi
üçün dünyada
ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Azərbaycanın uğurları isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
və dərin iqtisadi islahatlara verilən beynəlxalq qiymət olmaqla bərabər ölkəmizin
reallığa çevrilən
yeniliklərinin dünyanın
ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının
əyani təzahürüdür.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2019.- 31 oktyabr.- S.1; 4.