Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab Şavkat Mirziyoyevə

 

Hörmətli Şavkat Miromonoviç!

Özbəkistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.

İnanıram ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin strateji tərəfdaşlığının daha da möhkəmlənməsi, qarşılıqlı etimad dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli çoxtərəfli qaydada dərinləşməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim sülh firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2019-cu il

 

Azərbaycan.- 2019.-1 sentyabr.- S.1.