Vyetnam Sosialist
Respublikasının Prezidenti
zati-aliləri cənab
Nquyen Fu Çonqa
Hörmətli cənab
Prezident!
Vyetnam Sosialist
Respublikasının milli
bayramı - Müstəqillik
Günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Vyetnamı xoş münasibətlər
birləşdirir. Ölkələrimiz və xalqlarımız
arasındakı dostluq
əlaqələrinin, qarşılıqlı
maraq kəsb edən bir sıra
sahələrdə əməkdaşlığımızın
zəngin ənənələri
mövcuddur.
İnanıram ki, dövlətlərarası
münasibətlərimizin hazırkı
yüksək səviyyəsi
bundan sonra da bütün sahələrdə birgə
səmərəli fəaliyyətimiz
üçün mühüm
zəmin olacaqdır.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Vyetnam xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 avqust
2019-cu il
Azərbaycan.- 2019.- 1 sentyabr.-
S.1.