Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

"Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 599; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 841; 2013, ¹ 11, maddə 1302; 2014, ¹ 4, maddə 342; 2015, ¹ 8, maddə 903, ¹ 12, maddə 1439; 2016, ¹ 2 (II kitab), maddə 221; 2017, ¹ 2, maddə 140, ¹ 12 (I kitab), maddə 2211; 2018, ¹ 1, maddə 22, ¹ 12 (I kitab), maddələr 2510, 2517; 2019, ¹ 3, maddə 374) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.0.9-1-1.0.9-2-ci maddələr əlavə edilsin:

"1.0.9-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin yük daşımaları fəaliyyətinin operatoru (bundan sonra - operator) - avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınan hüquqi ya fiziki şəxs;

1.0.9-2. operatorun məsul şəxsi - operatorun nəqliyyat fəaliyyətini faktiki davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxs;”.

2. 50.1-ci maddəyə "uyğun olaraqsözlərindən sonra "operator tərəfindənsözləri aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Operator işgüzar nüfuz, maliyyə vəziyyəti peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.”.

3. 50.4-cü maddədə "daşıyıcılarsözü "daşıyıcılarısözü ilə əvəz edilsin.

4. 50.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"50.5. Operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq yenidən hazırlıq keçməlidir. Hazırlığın keçirilməsi qaydası müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir keçirilir. Tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir.”.

5. Aşağıdakı məzmunda 50.6-cı maddə əlavə edilsin:

"50.6. Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.-1 sentyabr.- S. 2.