“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1654-VQD nömrəli
Qanununun tətbiqi və “Yol
hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1654-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsinin
9-cu hissəsinə uyğun
olaraq, yol hərəkətinin təşkilinin
texniki vasitələrinin
tətbiqi qaydasını
beş ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
"Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 22
noyabr tarixli 24 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 11, maddə 666; 2001, ¹ 7, maddə 459; 2003, ¹ 10, maddələr
546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə 1005; 2006, ¹ 9, maddə
743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə 226, ¹ 8, maddə
630; 2010, ¹ 7, maddə 606; 2011, ¹ 6, maddə 510; 2012, ¹ 5, maddə
423, ¹ 11, maddə 1079; 2014, ¹ 9, maddə 1043; 2015, ¹ 2, maddələr
110, 140, ¹ 6, maddə 707, ¹ 10, maddə 1116; 2016, ¹ 3, maddə
456, ¹ 4, maddələr 662, 666, ¹ 6, maddə 1062, ¹ 11, maddə
1839; 2017, ¹ 5, maddə 758, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddələr
169, 197, ¹ 4, maddə 677, ¹ 6, maddə 1241, ¹ 7 (I kitab), maddələr 1466, 1493; 2019, ¹ 1, maddə 96, ¹ 3, maddə
420; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 19
iyul tarixli 781 nömrəli Fərmanı)
2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə
"9-cu maddəsinin 4-cü hissəsində” sözləri
"9-cu maddəsinin 4-cü və 9-cu (hər iki halda) hissələrində”
sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
"2.5-1. həmin Qanunun 9-cu maddəsinin 9-cu hissəsində ikinci halda "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
3.3. 2.10-cu bənddən "9-cu maddəsinin 9-cu hissəsində və” sözləri çıxarılsın;
3.4. aşağıdakı məzmunda 2.36-1-ci bənd əlavə edilsin:
"2.36-1. həmin Qanunun 9-cu maddəsinin 9-cu hissəsində birinci halda "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi (svetoforlar və yol nişanlarına münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust
2019-cu il
Azərbaycan.- 2019.-1 sentyabr.-
S.2.