“Avtomobil nəqliyyatı
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli
Qanununun tətbiqi və “Avtomobil
nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Avtomobil nəqliyyatı haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil
nəqliyyatı haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. "Avtomobil nəqliyyatı haqqında”
Azərbaycan Respublikası
Qanununun 50.6-cı maddəsinə
uyğun olaraq, operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi
ilə bağlı meyarları, sürücülərin
hazırlıq səviyyəsinə
dair tələbləri,
habelə operatorların
uçotunun aparılması
qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
bir ay müddətində
təsdiq etsin;
1.3. həmin Qanunun 50.5-ci maddəsinin birinci və ikinci cümlələrinə
uyğun olaraq, beynəlxalq sərnişin
və yük daşımalarını həyata
keçirən sürücülərin
peşəkarlıq səriştəsinə
dair proqramı, həmçinin həmin sürücülər üçün
hazırlığın keçirilməsi
qaydasını və
müddətini üç
ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin
Qanunun 50.5-ci maddəsinin
dördüncü cümləsinə
uyğun olaraq, tədrisin nəticələrinə
əsasən operatorun
məsul şəxsinə
və ya sürücüyə veriləcək
sənədin formasını
üç ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.6. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.7. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. "Avtomobil nəqliyyatı haqqında”
Azərbaycan Respublikası
Qanununun 50.5-ci maddəsinin
birinci, ikinci və dördüncü cümlələrində, 50.6-cı maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 1.0.9-1-ci maddəsində və 50.5-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
4. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 610; 2009, ¹ 10, maddə 779; 2016, ¹ 4, maddə 661, ¹ 6, maddə 1064, ¹ 11, maddə 1840; 2017, ¹ 6, maddə 1083; 2018, ¹ 12 (I kitab), maddə 2600; 2019, ¹ 5, maddə 838) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-1-ci bənddə "və 48.2-ci maddəsində” sözləri ", 48.2-ci maddəsində, 50.5-ci maddəsinin birinci, ikinci və dördüncü cümlələrində və 50.6-cı maddəsində” sözləri ilə əvəz edilsin;
4.2. 2.2-ci bəndə "Qanunun” sözündən sonra "1.0.9-1-ci,” sözləri və "50.5-ci” sözlərindən sonra "(üçüncü cümləsində)” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust
2019-cu il
Azərbaycan.- 2019.-1 sentyabr.- S.2.