“Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1655-VQD nömrəli Qanununun
tətbiqi və “Publik hüquqi
şəxslər haqqında” Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli
759 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1655-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Publik
hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. "Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
3 fevral tarixli 759 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2, maddə 223; 2017, ¹ 7, maddə 1343; 2018, ¹ 1, maddə
44, ¹ 7 (I kitab), maddə
1458, ¹ 8, maddə 1705) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 2.1-1-ci bənddə
"6.4-cü maddəsində” sözləri "4.1-ci maddəsində,
4.4-cü maddəsinin ikinci
cümləsində, 6.3-cü, 6.4-cü maddələrində” sözləri
ilə əvəz edilsin;
2.2. 2.2-ci bənddə
"maddəsində” sözü
"maddəsinin birinci
cümləsində” sözləri
ilə əvəz edilsin;
2.3. 2.5-ci bəndin
birinci abzasında
"nəzərdə tutulan
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini aşağıdakı
orqanlar həyata keçirirlər” sözləri
"orqan (qurum)” dedikdə aşağıdakılar
nəzərdə tutulur”
sözləri ilə əvəz edilsin;
2.4. 2.5.3-cü, 2.5.4-cü, 2.6.2-ci və 2.6.3-cü yarımbəndlərə
"orqanı” sözündən
sonra "və dövlət adından yaradılan publik hüquqi şəxs” sözləri əlavə
edilsin;
2.5. 2.6-cı bəndin
birinci abzasında
"nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini aşağıdakı
orqanlar həyata keçirirlər” sözləri
"orqan (qurum)” dedikdə aşağıdakılar
nəzərdə tutulur”
sözləri ilə əvəz edilsin;
2.6. 2.7-ci bəndin
birinci abzasına
"şəxslərin” sözündən
sonra "(dövlət
adından yaradılan
publik hüquqi şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;
2.7. 2.7.1-ci və
2.7.2-ci yarımbəndlərdə "nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini aşağıdakı
orqanlar həyata keçirirlər” sözləri
"orqan (qurum)” dedikdə aşağıdakılar
nəzərdə tutulur”
sözləri ilə əvəz edilsin;
2.8. 2.8-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"2.8. Azərbaycan
Respublikası Prezidentinin
başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan
və ya paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərin (dövlət
adından yaradılan
publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində yaradılan publik hüquqi şəxsə münasibətdə təsisçinin
"Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikası
Qanununun 8.2.2-1 - 8.2.7-ci maddələrində
göstərilən səlahiyyətləri
həmin dövlət
mülkiyyətində olan
və ya paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərə aiddir.”.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 avqust 2019-cu il
Azərbaycan.- 2019.-1 sentyabr.-
S.3.