Azərbaycanla Rusiya arasında ikitərəfli
münasibətlər uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik
Şurasının katibi
Nikolay Patruşevin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının
katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə Azərbaycanla
Rusiya arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi, təhlükəsizlik və
bütün digər sahələrdə uğurla
inkişaf etdiyi qeyd edildi, iki
ölkənin dövlət
başçıları arasında
səmimi münasibətlərin
əlaqələrimizin inkişafındakı
rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin
ölkəmizə səfəri
zamanı ekstremizmə,
terrorçuluğa qarşı
mübarizə ilə
bağlı qanunvericilik
və əməkdaşlıq
məsələlərinin müzakirə
ediləcəyi bildirildi
və bu səfərin münasibətlərimizin
daha da inkişaf
etdirilməsi işinə
töhfə verəcəyinə
əminlik ifadə olundu.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.- 2019.-4 sentyabr.- S.1.